Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
Icma.az bildirir, Axar.az portalına istinadən.
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın da daxil olduğu beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması davam edir:
"Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerlərin, naviqasiya avadanlıqlarının, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda yekunlar vurulur, bu nəticələr həmin komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".
K.Bozumbayev vurğulayıb ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir:
"Beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində yekun vurmalıdır. Bu, texniki hissəyə aiddir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 20 Mart 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















