Icma.az
close
up
RU
Qazaxıstanın Yaşıl Maliyyə Mərkəzi TDT nin bütün ölkələri ilə fəal əməkdaşlıq edir

Qazaxıstanın Yaşıl Maliyyə Mərkəzi TDT nin bütün ölkələri ilə fəal əməkdaşlıq edir

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzi yanında Yaşıl Maliyyə Mərkəzi Türkdilli Dövlətlər Təşkilatının (TDT) bütün ölkələri ilə fəal əməkdaşlıq edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə müsahibəsində Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gijduaniyev məlumat verib.

"Hazırda biz dayanıqlı maliyyələşmə sahəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün türk ölkələrini təmin edirik. Beləliklə, mərkəzimizin dəstəyi ilə Qazaxıstan və Mərkəzi Asiya ölkələrində müxtəlif növ tematik istiqrazlar (gender, yaşıl, CBI yaşıl, SLB) buraxılır", - M.Gijduaniyev bildirib.

"Konkret olaraq Azərbaycanla əməkdaşlığımıza gəlincə, ötən il biz Azərbaycanın ən böyük özəl banklarından birinin ilk yaşıl istiqrazlarının buraxılışına dəstək vermişik. Bank ilk dəfə Bakı Fond Birjasında 20 milyon manat (təxminən 11,8 milyon ABŞ dolları) məbləğində yaşıl istiqrazlar buraxıb", - baş direktor qeyd edib.

O qeyd edib ki, mərkəz istiqrazların "yaşıl xüsusiyyətləri" barədə xarici qiymətləndirməni təqdim edib və hərtərəfli ekoloji strategiyasına və beynəlxalq yaşıl maliyyələşdirmə standartlarına uyğunluğuna görə banka "əla" reytinq verib.

Mərkəz Mərkəzi Asiyada bu cür tematik istiqrazların yeganə verifikatoru kimi Beynəlxalq Kapital Bazarları Assosiasiyasında və İqlim İstiqrazları Təşəbbüsü çərçivəsində akkreditə olunub. 2024-cü ildə Mərkəz Qazaxıstanda bütün yaşıl istiqraz və kreditlərin təxminən 70 %-ni təsdiqləyib.

"Azərbaycan şirkətləri və təşkilatları yaşıl, sosial və dayanıqlı istiqrazların buraxılması yolu ilə maliyyə vəsaitinin cəlb edilməsi üçün Astana International Exchange (AIX birjası) meydançası da daxil olmaqla Astana Beynəlxalq Maliyyə Mərkəzinin bütün imkanlarından istifadə edə bilər. AIX birjasının normativ bazası dayanıqlı maliyyələşdirmə sahəsində beynəlxalq standartlara uyğundur. Bu, AIX-də istiqrazların yerləşdirilməsini qlobal ESG (Environmental, Social, Governance) investorları üçün cəlbedici edir", - müsahib əlavə edib.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Tacikistan və Türkiyə ilə bu istiqamətdə fəal əməkdaşlıq qurulub.

İstiqrazların buraxılışı ilə yanaşı, Mərkəz TDT ölkələrinin hökumətlərinə dayanıqlı maliyyələşdirmənin normativ bazasının hazırlanmasında konsultativ dəstək göstərməyi planlaşdırır.

Məsələn, Yaşıl Maliyyə Mərkəzi Qazaxıstanın Ekologiya və Sahibkarlıq məcəllələrinə düzəlişlər təklif edib və Yaşıl taksonomiyanın tətbiqinə dəstək verib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci sammitində beş ölkə (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan) Türk Yaşıl Maliyyə Şurasının yaradılması haqqında Memorandum imzalayıb. Şuraya sədrlik edən ilk ölkə Qazaxıstan olub, onun katibliyi Astana Beynəlxalq Maliyyə Mərkəzində yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 06 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri