Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Qazaxıstanlı ekspert: Azərbaycanın nümayiş etdirdiyi uzaqgörənlik və sistemli inkişaf bütün region üçün nümunədir

Qazaxıstanlı ekspert: Azərbaycanın nümayiş etdirdiyi uzaqgörənlik və sistemli inkişaf bütün region üçün nümunədir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son illərdə Azərbaycan Xəzər hövzəsində formalaşan bütün əsas nəqliyyat dəhlizlərinin - Orta Dəhliz, TRACECA və Şimal–Cənub marşrutlarının başlıca hərəkətverici qüvvəsinə çevrilib. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində ardıcıl şəkildə həyata keçirdiyi uzaqgörən strategiyanın məntiqi nəticəsi kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın iriölçülü və ağır yüklərin daşınması üzrə “Heavy Trans” Assosiasiyasının sədr müavini Dastan Ospanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda donanmanın genişləndirilməsi, gəmiqayırma və gəmi təmiri sənayesinin inkişafı, liman və yol infrastrukturlarının modernləşdirilməsi bütövlükdə region üçün dayanıqlı logistika modeli yaradıb. Bakı-Ələt limanının rəhbərlik etdiyi bu struktur Zirə, Hövsan və digər özəl limanların imkanları ilə tamamlanaraq marşrutun çevikliyini və yüklənməyə davamlılığını artırır.

Dastan Ospanov qeyd edib ki, türk dövlətləri arasında sıx siyasi əməkdaşlıq olsa da, logistika sahəsində tam koordinasiya hələ də formalaşmayıb: “Qardaş ölkələr” anlayışı sərhəd-keçid məntəqələrində real sadələşdirilmiş prosedurlarla və “sərhəd sərhədə etibar edir” prinsipi ilə təsdiqini tapmalıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində yaranan siyasi yaxınlıq yeni logistik inteqrasiyaya çevrilməlidir”.

Heavy Trans rəsmisinin sözlərinə görə, Orta Dəhlizin genişlənməsi üçün rəqəmsallaşma əsas şərt kimi qiymətləndirilir. Dəhlizin dayanıqlığı bu gün təkcə fiziki infrastrukturla deyil, “yumşaq infrastruktur” – rəqəmsal xidmətlər, vahid standartlar, şəffaf tariflər və sinxronlaşdırılmış inzibati qaydalarla müəyyən olunur. eTIR, e-CMR, elektron növbə, əvvəlcədən bəyanetmə və rəqəmsal nəzarət nöqtələrinin Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə xətti üzrə vahid platformada işləməsi gecikmələrin 40 faizədək azalmasına imkan verə bilər: “Azərbaycan bu prosesdə sistemli yanaşma nümunəsi ortaya qoyur. Ölkənin nəqliyyat sistemi limanlar və terminallardan başlayaraq anbarlara, avtomobil yollarına, dəmir yolu infrastrukturuna və rəqəmsal xidmətlərə qədər kompleks şəkildə inkişaf edir. Məhz bu sinxron yanaşma Bakıya Avrasiya logistikasında lider mövqeyini qorumağa imkan verir. Mərkəzi Asiya ölkələrinin də Xəzərin qarşı sahilində oxşar modeli tətbiq etməsi və güzgüvari infrastruktur formalaşdırması zəruridir. Ələt səviyyəsində müasir logistika mərkəzləri, anbarlar və azad iqtisadi zonalar Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan üçün yük axınlarını çevik və effektiv idarə etmək baxımından vacibdir”.

Ekspert qeyd edib ki, problemlərin mühüm hissəsi dəmir yolu platformalarının və ya donanmanın çatışmazlığı ilə deyil, məhz fərqli milli prosedurlarla bağlıdır. Kadr çatışmazlığını Orta Dəhlizin real məhdudiyyətlərindən biri kimi göstərmək olar: “Regionda xüsusilə dəniz-logistika sahəsində kadr çatışmazlığı sürətlə dərinləşir. Kapitanlar, mexaniklər, mühəndislər, gəmi elektrikləri və liman operatorlarına tələbat Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutunun genişlənməsi ilə kəskin olaraq artacaq. Azərbaycan bu sahədə regional lider kimi çıxış edir. Bakı dəniz təhsili, akademik baza, təlim mərkəzləri və Xəzərdə real təcrübə üzrə unikal imkanlara malikdir. Azərbaycan bu potensialı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üçün kadr mərkəzinə çevrilə bilər. Xəzəryanı və Mərkəzi Asiya ölkələri üçün Azərbaycan üzrə təqaüd proqramları, hədəfli kadr hazırlığı və yenidənqurma layihələrinin maliyyələşdirilməsi strateji əhəmiyyət daşıyır”.

D.Ospanov hesab edir ki, Türkiyə istiqamətində fəal şəkildə irəli sürülən TRIPP təşəbbüsü Orta Dəhlizin inkişafına əlavə dinamika gətirir. Azərbaycan bu təşəbbüs üçün tələb olunan bütün infrastruktur və təşkilati şəraiti artıq yaradıb. İndi Mərkəzi Asiyanın üzərinə düşən vəzifə bu marşrutlar üzrə sabit və davamlı yükləri təmin edərək, Azərbaycan üzərindən keçən istiqamətlərin daha proqnozlaşdırıla bilən və səmərəli olmasına nail olmaqdır. Əsas texniki çətinlik Xəzərdə parom donanmasının çatışmazlığı və dəniz tarifləri olaraq qalır. Kifayət qədər Ro-Ro və parom tipli gəmilər olmadan yükdaşımaların sabit artımından danışmaq mümkün deyil. Bu fonda Azərbaycan yenə üstün mövqedədir: ASCO-nun inkişaf etmiş donanması faktiki olaraq dəhlizin dayanıqlığını təmin edən başlıca amildir. Bundan əlavə, Azərbaycanın dünya miqyasında nadir sayılan unikal dərinqazma gəmisi mövcuddur. Xəzər dənizinin səviyyəsinin azalması fonunda belə texniki vasitələr region limanları üçün strateji əhəmiyyət kəsb edir. TRIPP təşəbbüsü xarici sərmayə üçün yeni giriş nöqtəsinə çevrilir. Təşəbbüs artıq ABŞ və Avropa İttifaqı şirkətlərinin diqqətini cəlb edib. Onlar Transxəzər istiqamətində liman infrastrukturunu, logistika mərkəzlərini və xidmət zonalarını təhlil edir və regionu logistika və texnologiyalar üçün sürətlə genişlənən bazar kimi qiymətləndirirlər.

Sonda Dastan Ospanov vurğulayıb: “Azərbaycanın nümayiş etdirdiyi uzaqgörənlik və sistemli inkişaf bütün region üçün nümunədir. Azərbaycan tempi müəyyənləşdirib, indi kollektiv irəliləyiş vaxtıdır. Orta Dəhlizin həqiqi potensialı yalnız kollektiv yanaşma, koordinasiya və etimad əsasında açılacaq. Türk dövlətlərinin bu dəhliz çərçivəsində təkcə nəqliyyat deyil, yeni iqtisadi arxitektura formalaşdırmaq imkanı var. Bu proses regionun iqtisadi müstəqilliyini möhkəmləndirəcək və dünya ticarətində söz sahibi olmaq imkanlarını genişləndirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see132

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri