Icma.az
close
up
RU
Qazaxistanlı nazir müavini: AZALın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub AZƏRTAC

Qazaxistanlı nazir müavini: AZALın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 30 dekabr, AZƏRTAC

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

AZƏRTAC xəbər verir ki, bu barədə "Kazinform"a Qazaxistanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

O deyib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb. “Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı”, - deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.

Onun sözlərinə görə, bütün "qara qutular" iki növə bölünür. “Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları", - deyə müavini Talqat Lastayev bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Dekabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see207

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see202

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see199

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see180

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see168

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see139

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see137

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see133

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see133

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see126

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see123

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see119

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri