Icma.az
close
up
RU
Qazi dövlət hesabına vəkillə təminatına ərizə verdiyinə görə (də!) cərimələnib

Qazi dövlət hesabına vəkillə təminatına ərizə verdiyinə görə (də!) cərimələnib

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tələbkar” Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli Qarabağ əlilindən  100 manat borc  tələb edir

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən Fuad Abdıyev, Fuad Babayev, Cəmilə Musayeva) iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayətini 19.05.2025-ci il tarixli qərardadla geri qaytarıb və bu qərardaddan kassasiya şikayəti verilə biləcəyini vurğulayıb. Kassasiya şikayətinin yalnız vəkil tərtib etdikdə icraata qəbul ediləcəyinə görə, Qarabağ qazisi Konstitusiyanın 61-ci, MPM-in 14.5-ci, 67-1-ci maddələri əsasında dövlət hesabına vəkillə təminatına ərizə verib.

Fuad Abdıyevin sədri olduğu üçlük bu ərizəyə görə ərizəçini yatağında 100 manat cərimə edib. Buna da şükür, Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü məhkəməyə ərizə verdiyinə görə 400 manat, Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) ona etiraza görə 300 manat qazini cərimə edib. Maraqlıdır, belə qərəzli hoqqabazlıqla bunlar yüksək hakim adını, andını necə doğrulda bilərlər? Məhkəməyə pozulmuş hüququnla bağlı müraciət etmək, dövlət hesabına vəkillə təmin olunmağa ərizə vermək, hakimə (məhkəmə tərkibinə) etiraz etmək haçandan inzibati xəta, məhkəməyə hörmətsizlik sayılır? Yəqin ki, bu suala Məhkəmə Hüquq Şurası cavab verər.

Bakı Apellyasiya Məhkəməsi isə 1-ci dərəcəli Qarabağ qazisinin iddiasına cavab verməyə cəlb olunub. Yasamal məhkəməsi şğbəkə cinayəti ilə iddiaçı əlilin tələb hissəsini silib, amma iddianın əsli ki durur. Hakim Aytəkin Əsədzadə ərizəni yolverilməz sayıb və qərardaddan şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərib. İş hansı heyətə verilsə yaxşıdır? Həmin bu 400 manatlıq cərimə qərardadını çıxaran Xumar Mərdanovanın sədri olduğu heyətə. Halbuki Bakı Apellyasiya Məhkəməsi özünə qarşı qaldırılan iddiaya baxa bilməzliyindən bütün məhkəmə tərkibinə etiraz edilib. Onu da vurğulayaq ki, Xumar Mərdanovanın sədri olduğu heyətin qanunsuz  icra sənədindən Nizami məhkəməsinə verilən şikayətin geri qaytarılmasından apellyasiya şikayətinə elə Xumar Mərdanova və dəstəsi baxıb və təbii ki, “öz ayranlarına turş deməyib”.

Fuad Abdıyevin sədri olduğu heyət 2 il qabaqkı 14.08.2023-cü il tarixli kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkildən imtina qərardadının “preyudisiallıq qüvvəsində” olduğunu yeni qərardadlarında vurğulayıblar ki, qazi iddiaçı “1-ci qrup müharibə əlili kimi Prezident təqaüdü, 2-ci qrup əlil kimi pensiya alır (?- eyni əlilin 2 qruppası varmış!), hələ 150 manat ( ?-minimum əməkhaqqı məbləği 400 manatdır)  sahibkardan, böyük elmi işçi kimi də AMEA-dan  haqq alır. Bəyəm məhkəmə gəlir deklarasiyası tərtib edir, bəs çıxarlar? Elə qazidən son bir ayda məhkəmə  800 manat dövlətə borc tələb edir, bunu da “dəftərin bir qırağlna” yazmaq olmaz? Onu da vurğulamaq yerinə düşər ki, Fuad Abdıyev, Fərrux Qasımov, Anar Tanrıverdiyev 14.08.2023-cü ildə hakim (məhkəmə tərkibi) olmadıqları işə özbaşına çıxıb, cavabdeh  “Azərişıq” ASC-nin qeyri- prosessual sifarişini prosessual qanunvericilikdən üstün tutmuşdular. İş üzrə qanuni heyət isə Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva olub və “könüllü” səlahiyyətlərini təhvil veriblər”. Məhkəmə Hüquq Şurası hələ də bu 6 hakimin 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qeyri-prosessual, vicdansız davranışına qiymət verməyib. Elə bu qiymətsizliyin sonucudur ki, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə müdafiəsi, hüquqi yardım, aidiyyatı məhkəmə hüququ pozulmaq bir yana,  cərimə olunması qüvvəyə minib. Fuad Abdıyev icra sənədində TƏLƏBKAR kimi Bakı Apellyasiya Məhkəməsini, cavabdeh kimi 1-ci dərəcəli Qarabağ qazisini göstərib. Halbuki Bakı Apellyasiya Məhkəməsi nə iddiaçı deyil, nə də özünü TƏLƏBKAR edə bilməz. İddiaçı 1-ci dərəcəli Qarabağ əlilidir, cavabdeh 39 saylı vəkil bürosu. Belə çıxır, məhkəmə tərəfdir, özünü vəkilliyə qoyub. Nərimanov icra məmuru Sevinc Qurbanova Zahid qızı bu “İcra haqqında” qanuna zidd rüşvayçı icra vərəqəsini yenə icraata götürüb, amma daha gecə yarısı sms-ləri göndərməyib. İcra məmuru “tələbkar” Bakı Apellyasiya Məhkəməsinin VÖEN-inin göstərilməməsinə görə geri qaytarmalıdı. Di gəl... Eyb etməz, növbəti cərimə hoqqasında yanlışlıq düzələr, axı məhkəmə ilə qazinin davası hələ bitməyib!

Ölmədik, bunu da gördük, hüquqi yardım üçün ərizə verməyə görə cərimə!

Məğrur Bədəlsoy

P. S. Bakı AM-in MK-sının sədri Rafael Eyvazovun (kolleqaları Fuad Babayev və Cəmilə Musayeva) özəl kassasiya qadağası var. Kassasiya şikayətini vəkilsiz Ali Məhkəməyə göndərir , amma kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edir ki, 1-ci dərəcəli əlilin gəlirləri vəkilin haqqını ödəməyə yetər. Etiraz edəndə isə birinə 400 manatlıq, o birinə 100 manatlıq cərimə sifariş edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, tərəflərin eyni olmadığına baxmayaraq MPM-in 153.2.2 maddəsini tətbiq edən “kollektiv təsərrüfat”dan qərəzdən özgə nə gözləmək olar?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri