Icma.az
close
up
RU
Qazi İntiqam Cumayev: Düşmən müharibə qanunlarını pozaraq tibbi yardım maşınlarına da atəş açırdı

Qazi İntiqam Cumayev: Düşmən müharibə qanunlarını pozaraq tibbi yardım maşınlarına da atəş açırdı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqatala, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusunun Şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsinin ilk günlərindən böyük ruh yüksəkliyi ilə könüllü olaraq cəbhəyə yollanan minlərlə gəncimiz, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan 44 günlük savaşda şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Bu döyüşlərdə şəhidlərimiz də olub, yaralananlar da.

Müharibənin od-alovundan keçən, qanlı döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən qəhrəmanlarımızdan biri də Zaqatala rayonunun Qımır kəndindən olan qazi, II qrup müharibə əlili İntiqam Cumayevdir.

AZƏRTAC-ın bölgə müxbiri Vətən müharibəsi qazisi ilə görüşüb, onun döyüş yolu ilə maraqlanıb.

İntiqam Cumayev 1986-cı ildə Zaqatala rayonunun Qımır kəndində anadan olub. 2004-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Daxili Qoşunlarda xidmətə başlayıb. 2013-cü ilədək Daxili Qoşunların Zaqataladakı, 2013-2016-cı illərdə isə Lənkərandakı hərbi hissələrində xidmət edib.

Qazi xidmət illərini belə xatırlayır: “2016-cı ilin Aprel döyüşləri zamanı Lənkəranda xidmət edirdim. Aprel döyüşlərinin iştirakçısı, Talış yüksəkliklərinin alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş Pəncəli Teymurovun dəfnində iştirak edərkən qəti qərara gəldim ki, hərbi hissəmi dəyişməliyəm, Milli Orduda, döyüş bölgəsində xidmət etməliyəm. Çox istəyirdim ki, Xüsusi Təyinatlı Qoşunlarda xidmət edim, alınmadı. Yaşım 30-dan yuxarı olduğu üçün məni xüsusi təyinatlılara qəbul etmədilər. Qırx dörd günlük Vətən müharibəsi başlananadək Milli Ordunun hərbi hissəsində Ballıqaya-Ağcakənd istiqamətində xidmət etdim”.

İntiqam Cumayev 44 günlük müharibə zamanı Suqovuşanın, Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərə qatılıb. O, 2022-ci ildə Fərrux dağı yüksəkliyi istiqamətində aparılan antiterror əməliyyatlarında iştirak edib. 2023-cü ildə sentyabrın 19-da başlanan antiterror əməliyyatları zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində yaradılan ilk komando briqadasının döyüş əmliyyatı taborunda döyüş dəstəyi təxliyyə qrupunda olub.

Qazi yaralandığı döyüşü belə xatırlayır: “Xəbər gəldi ki, Ağdamın Papravənd kəndi istiqamətində gedən döyüşlər zamanı əməliyyat taborumuzun iki zabiti ağır yaralanıb. Onları arxaya təxliyə etməli idik. Yaralıları nar bağının yanından götürdüm və hərbi tibbi yardım maşınına çatdırdım. Onları maşına yerləşdirdim. Müharibənin öz qanunları var, tibbi yardım maşınını vurmaq olmaz. Təəssüf ki, mənfur düşmənlərimiz heç vaxt bu qanunu gözləməyiblər. Düşmən tərəfindən atılan artileriya mərmisi nəticəsində maşınımız partladıldı. Maşında mənimlə bərabər Elmin Qarayev, Tapdıq Bayramov, Mikayıl, tibb maşınını sürücüsü Balakəndən Sərxan Köklərov da var idi. Onların hamısı şəhid oldu. Mən ayağımdan, qolumdan, gözümdən yaralandım. Bütün bədənim, başım qəlpə yaraları idi. Sonra təxliyə qrupu bizi götürməyə gəlib. Məni silkəliyiblər, görüblər ki, xırıldayıram, hələ nəfəsim gəlir”.

Qazi söhbətinə davam edərək deyib: “Vurulandan bir saat sonra bizi çıxarmağa gəliblər. Təxliyə qrupunun komandiri, Goranboydan olan baş leytenant məni 500 metrdən çox çiynində aparıb. İnanmırdım ki, yaşayaram. Arada ayılırdım, hər şey kino lenti kimi gəlirdi gözümün önünə. Tanrı mənə dostlarımın yanında şəhid olmağı qismət etmədi. Həkimimiz, cəsur döyüşçü Elnur Hacıyevin sayəsində sağ qaldım. Hazırda sol qolum ümumiyyətlə iş qabiliyyətini itirib”.

Qeyd edək ki, Vətən müharibəsində göstərdiyi şücaətə görə İntiqam Cumayev “Hərbi xidmətdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri