Qazın qiyməti bahalaşdı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropada qazın qiyməti min kubmetr üçün 1000 dolları ötüb.
Milli.Az xəbər verir ki, bu barədə "Forbes.ru" məlumat yayıb.
Məlumata görə, qazın qiymətində rekord artım Londonun ICE birjasında keçirilən hərraclarda qeydə alınıb. Niderlandın TTF habının indeksi üzrə qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1000 dollar həddini keçib.
Hərraclar zamanı qiymət 1004 dollaradək yüksəlib. Bu, meqavat/saat üçün 84,07 avroya bərabərdir.
Daha əvvəl Avropada qış mövsümü ərəfəsində qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən qiymətlərin rekord həddə çata biləcəyi bildirilmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:93
Bu xəbər 14 Sentyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















