Icma.az
close
up
RU
QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular

QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Lerik rayon sakini Nuriyev Əlibala Təzəxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, icra nümayəndələri oğlunu aldadaraq, obyektini söküblər:

“Mən, Nuriyev Əlibala Təzəxan oğlu, 3 övladım var. Hazırda 3-cü övladım müddətdən artıq hərbi xidmətdədir.

İkinci övladım Nurili  Elsevər Alibala oğlu 2020-ci il sentyabrın 30-da könüllü olaraq Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə yola salındı. Müharibədən qayıdandan sonra - 2021-ci ildə Xəzər rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən, bizim xahişimizlə oğluma Binə qəsəbəsində, "Mehriban Qonşular" adlanan yerdə, Şəhidlər bulağının qabağında bir balaca meyvə-tərəvəz dükanı açmaq üçün yer vermişdi. Oğlumun özünün də 2 uşağı var.

2025-ci ildə, yəni 20-25 gün bundan qabaq, möhtərəm Prezidentimiz İlham Əliyev zavodun açılışı ilə əlaqədar Binə qəsəbəsinə gələcəkdi. İcra Hakimiyyətinin işçiləri bildirdilər ki, sizin o dükanınızın görünüşü yaxşı deyil, sökülməlidir. Dedilər ki, söküb, yerində yenisini tikəcəyik. Hətta dəqiqliklə bildirdilər ki, cənab Prezident qayıdandan sonta tikinti üçün başlanılacaq.

Prezident gedəndən sonra Binə qəsəbəsinin icra nümayəndəsi Ərəstun adlı şəxs həmin əraziyə iki-üç ağac əkdi. Bu, bizi aldadıb, icra başçısının verdiyi yeri mənimsəmək deyilmi?!

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə getdim. Ərəstun orada mənə imkan vermədi ki, başçının qəbuluna girim. Oradakı polislər də mənə dedilər ki, siz gedin Ərəstunla razılaşın... 

Oğlum Elsəvər də bildirdi ki, siz mənim çörək ağacımı əlimdən aldınız. Amma yenisinin tikilməsi ilə bağlı bizə söz vermişdiniz. O isə deyir ki, sən get, həyətində balaca bir köşk düzəlt, çörək pulunu qazan.

Bəs bizim ora çəkdiyimiz əziyyət, xərclədiyimiz pulları kim verəcək? Bizə 7-8 min manat ziyan vurulub.

Bir övladım müddətdən artıq hərbi xidmətdədir, biri isə ikinci qrup əlildir, psixi durumu da yerində deyil. Yəni bəzi problemlərimiz də var. Düzdür, o problemlər bizim şəxsi işimizdir, amma ən azından qazinin evini dolandırmasına mane olmamalı idilər...

Oğlum Elsevər dəfələrlə intihara əl atmış uşaqdı. Mən oğlumu itirmək istəmirəm. Zərər verilən şəxs qazidir.

Yenidən icra başçısının qəbuluna girməyə çalışacam. Amma buna imkan vermirlər...

Hesab edirəm ki, şikayətim işıqlandırılsa, Prezidentimiz də olanlardan xəbər tutar. O, dəfələrlə deyib ki, qaziyə hörmət olunsun. Bu qazinin də valideyni mənəm. Mən bütün borca, kreditə düşürəm ki, bu uşaq yaşasın, onu yaşadıram. Arxasınca düşmüşəm, narahatam ki, bir səhv addım atar, özünə qəsd edər. Başını aşağı salıb az-çox ruzisini qazanırdı. İmkan vermədilər. Prezidnetin adından istifadə edib, oğluma aid olan balaca bir mağazanı dağıtdılar.

Sizin sayt vasitəsilə icra başçısından da xahiş edirəm ki, bizi qəbul etsin". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumun və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri