Qazlı içkilər, şokolad və şirniyyat məhsulları, pizza, tort, sendviçlər... Bu ölkədə bunların reklamı qadağan edildi
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya hökuməti insanları narkotik kimi özünə "balayan" içki və yeməklərin reklamını məhdudlaşdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti insanların sağlamlığına, düzgün bədən quruluşuna və inkişafa mənfi təsir göstərən 13-dən çox içki və "ayaqüstü yeməklər"ə qarşı mübarizəyə başlayıb.
Məlumata görə, yeni qərara əsasən, bundan sonra sağlamlıq bəxş etməyən qida və içkilərin reklamları səhər saat 5:30-dan axşam saat 21.00-dək televiziyada qadağan ediləcək: "Bu qadağa onlayn platformalarda isə daimi, yəni, günün bütün saatlarında tətbiq olunacaq. Qadağa əsasən, qazlı içkilər, şokolad, şirniyyat məhsulları, pizza, tortlar, dondurma, eləcə də bəzi səhər yeməyi - dənli bitkiləri, yulaf əzməsi, sendviçlər, şəkərli çörək məhsulları və müxtəlif qatqıların olduğu yoqurtlar, həmçinin doymuş yağ, duz məhsulların reklamı qadağan ediləcək".
Xəbərdə deyilir ki, qadağanı pozanlara qarşı cərimələrə nəzərdə tutulub.
Hüseyn Namazov
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 07 Yanvar 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















