Icma.az
close
up
RU
“Qəbələ” “hərbçilər”i “tərksilah etdi”, “İmişli” sevindi, “Karvan” büdrədi...

“Qəbələ” “hərbçilər”i “tərksilah etdi”, “İmişli” sevindi, “Karvan” büdrədi...

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Fevralın 19-20-si aralığında keçirilən oyunlarda futbol üzrə ölkə çempionatının 1-ci liqasında 15-ci turu da geridə qoyduq.

Afişada prinsipial matçların varlığı haqda yazmışdıq. Ona görə ki, artıq mövsümü ilk “üçlük”də bitirəcək komandalar birbaşa premyer-liqaya yüksələcək. Elə bu üzdən “Qəbələ”ni qəbul edən MOİK azı bir xal qazanmalıydı ki, ən pis halda mövqeyini qoruya bilsin. Lakin “hərbçilər” evdə faciəvi nəticəylə üzləşdi. Liderdən 4 cavabsız qol buraxan MOİK həm də güclülərin xal ehtiyatını artırması nəticəsində şansını xeyli azaltdı.
Kaxaber Sxadadzanin komandasını isə ancaq təqdirəlayiq ifadələrə layiqdi. Hadisələrin axarı “qırmızı-qaralar”ı erkən çempionluğa aparır. Təbii ki, bunda ikinci sırada olan “Karvan”ın da payı var. Yevlax təmsilçisi “Cəbrayıl”ın meydanında cəmi bir xal qazandı. Düzdü, qonaqlar son ana qədər hesabda öndə idi. Lakin Morqanın fərdi reydlə cərimə meydançasına daxil olub “çərçivə”ni nişan almaq istəyən Bilalı kobud müdaxiləylə yerdə sərməsi, Elşadın bu üzdən təyin olunan penaltini 90+6-cı dəqiqədə dəqiq yerinə yetirməsi Kənan Kərimovun komandasını büdrətdi.


İlk “üçlük” üçün iddiasını ortaya qoymaq məqsədilə İmişliyə yollanan “Zaqatala” da istəyinə çatmadı. Bölgənin eyniadlı təmsilçisinin meydanından minimalhesablı məğlubiyyətlə qayıdan komanda işini çətinə saldı. Fərid Namazovun komandası isə bu rəqiblə aradakı xal fərqini 6-ya çatdırmaqla yerini möhkəmləndirdi. Mehdi Tahirovun “İmişlə”yə qələbə gətirən qoluna dəfələrlə baxmağa dəyərdi.
Turun əlamətdar hadisələrindən birinə Binədə şahidlik etdik. “Baku Sportinq”in qonağı olan “Mingəçevir”, nəhayət, 14 tur davam edin qələbəsizlik seriyasına nəhayət son qoydu. Füzuli Məmmədovun komandası üç xal sayəsində sonuncu pillədən xilas ola bilməsə də, ardıcıl üçüncü matçda uduzmamaqla “nur şəhəri” üçün yaxşı gələcək vəd etdi. Autsayderə uduzan paytaxt təmsilçisinə gəlincə, görünür, Elman Sultanovun yeganə hədəfi 1-ci liqada qalmaqdı.

Tura “Difai” – “Qaradağ Lökbatan” dueliylə yekun vuruldu. Vacib qələbə Ağsu təmsilçisinin bir pillə irəliləməsinə səbəb oldusa, qonaqların vəziyyətini daha da çətinləşdirdi. Görünür, artıq 1-ci liqada konkret favoritlər formalaşıb və bundan sonra durumun dəyişməsi, hansısa komandada böyük ölçüdə islahatların baş tutması inandırıcı deyil. Bəlkə də tezliklə yalnız 1-ci liqanı tərk etməmək uğrunda mübarizədə intriqa qalacaq.
Bu arada turun diqqətçəkən məqamlarından biri də “İmişli”ni evdə cəmi 300 azarkeşin dəstəkləməsi oldu. Axı daim minlərlə tərəfdar sevgisini tribunaya daşıyırdı. Premyer-liqaya iddia və yetərincə böyük şans hara, doğma komandanı vacib matçda yalqız qoymaq hara...
1. Qəbələ 15 12 3 0 28-1 39
2. Karvan 15 9 3 3 34-19 30
3. İmişli 15 8 3 4 26-13 27
4. Zaqatala 15 5 6 4 20-19 21
5. MOİK 15 6 2 7 20-28 20
6. Baku Sportinq 15 5 3 7 13-20 18
7. Cəbrayıl 15 4 4 7 13-15 16
8. Difai 15 3 4 8 19-30 13
9. Qaradağ Lökbatan 15 3 3 9 17-30 12
10. Mingəçevir 15 2 5 8 12-27 11
Bombardirlər: Emil Qasımov (Karvan) – 11, Bəhruz Teymurov (Karvan) – 10, Seyxan Fərəcov (İmişli) – 7.
Növbəti turun oyunları fevralın 27-28-də keçiriləcək: Mingəçevir – Difai, Qaradağ Lökbatan – İmişli, Zaqatala – MOİK, Qəbələ - Karvan.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri