Icma.az
close
up
RU
Qəbələ nin baş məşqçisi: Komandanın özəyini qoruyacağıq və mütləq yeni transferlər olacaq MÜSAHİBƏ

Qəbələ nin baş məşqçisi: Komandanın özəyini qoruyacağıq və mütləq yeni transferlər olacaq MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Report"a müsahibəsi

- I Liqanın XX turunda səfərdə "Baku Sportinq"ə 5:0 hesabı ilə qalib gəlməklə Premyer Liqaya vəsiqəni təmin etdiniz. Təəssuratlarınız necədir?

- Məqsədimizə çatdığımız üçün olduqca sevincliyik. Lakin mövsüm hələ başa çatmayıb və qarşıda bizi bir neçə tur gözləyir. Bu isə o deməkdir ki, hədəfimizə tam olaraq çatmaq üçün həmin matçlardan xallarla ayrılmalıyıq. Belə olan halda I Liqanı çempion kimi bşa vura bilərik. Əlbəttə, Premyer Liqaya vəsiqəni təmin etdiyimiz üçün şadıq.

- "Qəbələ"nin baş məşqçisi kimi I Liqada işə başlayanda mövsümün sizin üçün belə asan keçəcəyini təxmin etmişdiniz?

- Bu, mənim üçün çox çətin sualdır. Heç kim işinin asan olacağını əvvəlcədən deyə bilməz. Axı mövsümün əvvəlində ilk üç yerdən birini tutacağını necə bilmək olar? Hazırkı vəziyyətin bizə asan başa gəldiyini kim söyləyir? Hər kəs bu işdə əziyyət çəkir. Əksəriyyəti yeni futbolçulardan təşkil olunmuş komanda qurduq. Hər görüşdə qazanılan xal çətin başa gəlir. Çünki rəqiblər bizə qarşı xüsusi motivasiya ilə çıxış edirlər. Rəqib komandalar çalışırlar ki, “Qəbələ” ilə matçdan xalla ayrılsınlar.


- Sizin kimi iddialı mütəxəssisin aşağı liqada çalışması tanınmış azərbaycanlı məşqçilər üçün də nümunə ola bilərmi?

- Bəli, bəlkə də dediyiniz kimi ola bilər. İşə başlamamışdan əvvəl şəxsi ambisiyalarımızı bir kənara qoyub, kluba kömək etmək qərarına gəldik. Daha sonra birlikdə yeni komanda formalaşdırmaq və uğur qazanmaq üçün çalışdıq. Sevinirəm ki, I Liqadakı fəaliyyətimiz uğursuz alınmadı.

- "Qəbələ"nin hazırkı heyəti ilə Premyer Liqada mübarizə aparmaq olar?

- Heyətimizdə yaxşı futbolçular yer alıb. Lakin Premyer Liqa üçün heyəti bir qədər də gücləndirməli olacağıq. Hazırda bu günü düşünürük. Hədəfimiz I Liqanın qalibi olmaqdır. Mövsüm başa çatdıqdan sonra rəhbərliklə oturub, bu barədə söhbətlər aparacağıq. Mütləq şəkildə yeni transferlər olacaq. Lakin əminliklə deyə bilərəm ki, komandanın özəyini qoruyacağıq.

- 2025/2026 mövsümdən etibarən Premyer Liqada legioner futbolçu limiti ləğv olunacaq. Sizcə, bu qərar Azərbaycan futboluna nə kimi fayda verə bilər?

- Bu qərarın Azərbaycan futboluna nə dərəcədə fayda verə biləcəyini indidən söyləmək çətindir. Bəzi məsələlər var ki, onun həllini zaman göstərir. Legioner limitinin ləğvi də həmin məsələlərdən biridir.


- Daha əvvəl Azərbaycanda “Standard” (fəaliyyətini dayandırıb) və “İnter” (indiki “Şamaxı”) klublarında çalışmısınız. Premyer Liqaya yaxından bələd olan bir mütəxəssis kimi hazırkı çempionat barədə nə deyə bilərsiniz?

- Qətiyyətlə deyə bilərəm ki, Premyer Liqanın səviyyəsi yüksəlib. Çempionat xüsusilə bu il müsbət mənada fərqlənir. Nəzərə almaq lazımdır ki, yeni mövsümdən etibarən komanda sayı 12-yə yüksələcək. Bu, rəqabətin bir qədər də artacağı deməkdir. Legioner limiti ləğv olunduqdan sonra, inanıram ki, səviyyəsi yüksək olan futbolçular Azərbaycana təşrif buyuracaq. Belə olduqdan sonra limitin ləğvinin Azərbaycan futboluna necə təsir edəcəyini görəcəyik.

- Azarkeşlər yeni mövsümdə necə "Qəbələ" görəcəklər?

- Bu barədə bir qədər əvvəl müəyyən qədər danışdım. Bildirdim ki, komandanın özəyi qorunacaq. Lakin imkanımızın çatacağı qədər də güclənmək istəyirik. Kluba hansı legionerlər cəlb olunacaq? Yeni gələnlərin səviyyəsi necə olacaq? Bu sualların cavabı cari mövsümün sonunda müəyyənləşəcək. Əsas hədəfimiz Premyer Liqada möhkəmlənməkdir. Buna əmin ola bilərsiniz. Oyunlara maksimum xal toplamaq və özümüzü yaxşı tərəfdən göstərmək üçün çıxacağıq. Qalan işlər - büdcə, yeni transferlər və sair yeni mövsümdən öncə bir araya gələndən sonra bəlli olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri