Icma.az
close
up
RU
Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ, 27 may, AZƏRTAC

Mayın 27-də Qəbələ rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, hüquqi məsələlərdə maarifləndirməni artırmaq və prokurorluğun şəffaf fəaliyyətini nümayiş etdirmək olub.

Tədbirin açılışında çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev belə təşəbbüslərin cəmiyyətin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin, prokurorluğun fəaliyyətində şəffaflığın artırılması və vətəndaşların hüquqlarının qorunmasının prioritet olduğunu qeyd edib. Nazim Babayev rayon prokurorluğunun səlahiyyətləri və iş prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və iş prinsipləri barədə təqdimat edib. O, prokurorluqda aparılan islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğu və hüquqi təminatların gücləndirilməsi olduğunu vurğulayıb. Kənan Zeynalov, həmçinin ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi üçün prokurorluğun gördüyü işlər barədə məlumat verib.

Tədbirdə rayon prokurorluğunun digər əməkdaşları da çıxış edərək, öz sahələrindəki təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. İştirakçılar prokurorluğun iş prosesləri və hüquqi təminatlarla bağlı praktiki biliklər əldə ediblər.

Sonda tədbir interaktiv formada davam edib və iştirakçılara müxtəlif hüquqi məsələlər üzrə suallar ünvanlanıb. Onlar prokurorluğun fəaliyyətini və hüquqi prosedurları daha yaxından öyrənərək ətraflı cavablar alıblar.

Prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil edilib.


Qəbələ hava sabah
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri