Icma.az
close
up
RU
Qəbələ Xankəndi ultramarofonuna start verilib

Qəbələ Xankəndi ultramarofonuna start verilib

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələ-Xankəndi ultramarofonuna start verilib.

İdman.biz xəbər verir ki, yarışın startından əvvəl açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova çıxışında marafonda iştirakçılara uğurlar arzulaydı. O, Qəbələ rayonun nəinki ölkəmizdə beynəlxalq aləmdə də mədəniyyət, turizm, bu ildən etibarən isə idman paytaxtı kimi tanındığını vurğulayıb.

Millət vəkili, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva çıxışında marafonun önəmindən bəhs edib: "Bu gün Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə toplaşmışıq. Mən tədbirin təşkilatçılara təşəkkür edirəm. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Qəbələdən başlayan marafonu Xankəndində bitirəcəyik. Yolun çətin olduğunu nəzərə alaraq sizin hər birinizə güc, səbr arzulayıram".

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov marafona marağın artdığını vurğulayıb: Bildiyiniz kimi, bu marafon ikinci ildir keçirilir. Ötən il iştirakçı sayı 64 idisə, bu il bu rəqəm 81-dir. Ötən il Azərbaycandan savayı 3 ölkədən iştirakçılar vardısa, bu il bu say 5-ə qalxıb. Bu rəqəmlər marafona olan marağın artmasından xəbər verir. On il əvvəl desəydilər ki, Qəbələdən Xankəndinə marafon təşkil olunacaq bizə yuxu kimi gələrdi. Əgər biz bu gün burada yığışmışıqsa, bunu şəhidlərimizə, qazilərimizə minnətdarıq".

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimindən sonra marafona start verilib.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km), Ağdam - Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafona aprelin 13-də yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Aprel 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri