Icma.az
close
up
RU
Özbəkistanın universitet rektoru: Qəbələ Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu

Özbəkistanın universitet rektoru: Qəbələ Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

TDT Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikir Cizak Dövlət Pedaqoji Universitetinin rektoru, professor Maksudcon Yuldaşevin Özbəkistan milli xəbər agentliyinin saytında dərc olunmuş məqaləsində yer alıb.

Professor yazıb: “Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət kəsb edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu mötəbər tədbirdəki çıxışı bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən edib. O, çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanmasını təklif etdi. Onun təhlükəsizlikdən tutmuş iqtisadiyyata, təhsilə, nəqliyyata, ekoloji əməkdaşlığa qədər bütün mühüm sahələri əhatə edəcəyi gözlənilir”.

Rektor qeyd edib ki, bu istiqamətdə atılan mühüm əməli addımlardan biri də Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri və xüsusi xidmət orqanları rəhbərlərinin ilk birgə iclasının Səmərqənddə keçirilməsi təşəbbüsü olub.

O vurğulayıb: “Türk Dövlətlərinin İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının yaradılması və onun layihə ofisinin Daşkənddə yerləşdirilməsi təklifi xüsusilə diqqətəlayiqdir. Bu təşəbbüs Özbəkistanın regional iqtisadi proseslərdə aparıcı qüvvəyə çevrildiyini nümayiş etdirir. Bu status ölkəmizin regionda siyasi və iqtisadi təsir imkanlarını daha da gücləndirəcək. Eyni zamanda, “Türk yaşıl dəhlizləri” adlı elektron sistemin tətbiqi və yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi üçün “Yaşıl transformasiya” konsorsiumunun yaradılması ideyaları ekoloji dayanıqlığın və texnoloji innovasiyaların təmin edilməsinə yönəlmiş planların tərkib hissəsinə çevrilir”.

Professor əlavə edib ki, türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsində nəqliyyat layihələri xüsusi rol oynayır. O vurğulayıb: “Prezident Şavkat Mirziyoyevin Orta Dəhlizi tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və perspektivli Trans-Əfqan Dəhlizi ilə birləşdirmək təşəbbüsü bizim geniş regionumuzda çoxsahəli strateji avtomobil yolları sisteminin yaradılmasına kömək edəcək”.

Təmsil etdiyi təhsil sektorunda TDT ölkələri arasında əməkdaşlığın perspektivlərinə toxunan M.Yuldaşev yazıb: “Təhsil sahəsində əməkdaşlığı gücləndirmək və istedadlı alimlərin tədqiqatlarını stimullaşdırmaq üçün Özbəkistanda Beynəlxalq Türk Dövlətləri Universiteti açılır. Bu təhsil ocağı türk ölkələrindən olan gəncləri elmi əməkdaşlıq və intellektual inkişaf sahələrində bir araya gətirəcək. Bundan başqa, süni intellekt və kreativ iqtisadiyyat sahəsində yol xəritəsi layihəsi də müasir təhsil sisteminə doğru mühüm addımdır. Bu təşəbbüs sayəsində türk universitetləri beynəlxalq arenada lider mövqelərə yüksələ biləcəklər”.

Rektor diqqətə çatdırıb ki, Şavkat Mirziyoyevin “Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri Türk dünyasının mənəvi həyatında” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi təklifi türk xalqlarının mənəvi dirçəlişi baxımından böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüs sadəcə keçmişi xatırlamağa çağırış deyil, həm də mənəviyyat, tolerantlıq və ortaq dəyərlərə əsaslanan gələcək qurmaqla bağlıdır”.

Özbəkistanlı professor məqalənin sonunda qeyd edib: “Qəbələdə keçirilən TDT Zirvə Görüşündə səslənən hər bir təklif sadəcə bəyanat deyil, yeni tarixin başlanğıcıdır. Qədim kökləri və ortaq mədəniyyəti olan Türk dünyası XXI əsrdə yeni sivilizasiyanın mərkəzinə çevrilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri