Qəbələdə kütləvi futbol festivalı keçirildi FOTOLAR
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib. Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.
İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.
Tədbir xatirə fotosessiyası ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















