Icma.az
close
up
RU
Qəbələdəki TDT Zirvə Toplantısı: Türk birliyinin siyasi, iqtisadi və hərbi gücü göstərildi

Qəbələdəki TDT Zirvə Toplantısı: Türk birliyinin siyasi, iqtisadi və hərbi gücü göstərildi

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türk tarixində indiyə qədər heç bir dövrdə türk xalqları bu qədər vahid strateji platformada, bu qədər həmrəy və güclü şəkildə bir araya gəlməmişdi”



Oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək. Sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr ediləcək. Toplantı bölgədə, həmçinin beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq. Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının görüşü keçiriləcək. Dünən Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlanıb. Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək. Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub. Ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

Azərbaycanın tarixi Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır. Türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması üçün mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir. Bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.


Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı türkdilli dövlətlər arasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Ekspert vurğulayıb ki, ümumiyyətlə son dövrlərdə baş tutan zirvə görüşləri təkcə diplomatik hadisə kimi deyil, həm də XXI əsrdə türk sivilizasiyasının siyasi və mədəni dirçəlişinin təzahürü  kimi təhlil edilməlidir: 


"Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil. Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan türk dünyasının mərkəzində yerləşməsi bu şəhəri simvolik bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir. Bu prosesin önündə dayanan şəxs isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun liderliyi altında türk dünyası yalnız ideoloji və mədəni baxımdan deyil, həm də siyasi, iqtisadi və hərbi baxımdan real inteqrasiyaya doğru irəliləyir. 44 günlük müharibədən sonra Azərbaycanın atdığı addımlar nəticəsində  türk dövlətləri arasında qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən bəyanatlar türk dövlətlərinin koordinasiyalı xarici siyasət, vahid iqtisadi məkan və birgə müdafiə konsepsiyası istiqamətində iradəsini nümayiş etdirməkdədir. Halbuki, müdafiə və təhlükəsizliklə bağlı nəinki əməkdaşlıq, heç düşünmək belə 2020-ci ilə qədər mümkün deyildi. Mərkəzi Asiya dövlətləri bu riski düşünmürdülər. Prezident İlham Əliyev türk birliyinin ideoloji və institusional formalaşmasında sistem yaradan lider kimi çıxış edir. Onun təşəbbüsü ilə türk dövlətləri arasında əməkdaşlıq artıq sadəcə “mədəni qardaşlıq” çərçivəsini aşaraq praktik siyasi və iqtisadi sintezə çevrilib".


Analitik qeyd edib ki, Azərbaycan Prezidenti türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyini daim vurğulayıb: 

"Bu baxımdan Qarabağ müharibəsindən sonrakı mərhələdə türk ölkələrinin Azərbaycanla həmrəyliyi türk diplomatiyasının yeni modelini formalaşdırdı: "bir millət - çox dövlət, amma vahid strateji xətt". Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına, birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi ideyası türk coğrafiyasının Avrasiya iqtisadi sisteminə bağlanmasını təmin edən strateji layihə kimi dəyərləndirilir. Bu dəhliz Türk Dövlətlərini Avropa və Asiya arasında yeni logistik xəttlə birləşdirəcək və TDT-ni qlobal ticarətin mərkəzinə çevirəcək". 


Z.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyev türk birliyini təkcə siyasi layihə deyil, həm də sivilizasion model kimi təqdim edir:

 "Onun çıxışlarında tez-tez səsləndirdiyi “türk dünyasının gələcəyi birliyimizdədir” fikri artıq strateji fəlsəfəyə çevrilib. Azərbaycan türklüyün, islam mədəniyyətinin və müasir dövlətçilik modelinin sintezini göstərərək, multikulturalizm  və milli identiklik arasında tarazlığı qoruyan örnəkdir. Nəticə etibarilə bu gün birmənalı şəkildə qeyd edilməldir ki, Türk tarixində indiyə qədər heç bir dövrdə türk xalqları bu qədər vahid strateji platformada, bu qədər həmrəy və güclü şəkildə bir araya gəlməmişdi.  Azərbaycanın da iştirakı və mühüm töhfələri ilə yuxarıda sadalananlar  bu prosesin zirvəsini təşkil edir. Prezident İlham Əliyev təkcə milli lider deyil, həm də bütöv türk dünyasının inteqrasiya memarı, türk sivilizasiyasının XXI əsrdəki yenidən doğuluşunun ideoloqu kimi tarixdə qalacaq. Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ toplantısı  türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacağına işarədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri