Icma.az
close
up
RU
Qəbilə Tayfa mənşəli əski Türkdilli etnonimlərin coğrafi paylanması

Qəbilə Tayfa mənşəli əski Türkdilli etnonimlərin coğrafi paylanması

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Türkdilli xalqların etnodil semantikasına köklənən toponimlərin tipoloji təsnifatında etnonimlərin üstünlük təşkil etməsi etnoarealların (35 milyon kv km-ə qədər) geniş coğrafi hüdudları ilə şərtləınmiş və “Türk ekosisteminin toponimləri” hüququnu qazanmışdır. Bu toponimləri yaradan etnosların Ailə/Dil mənsubiyyəti, alt və yarımqruplarının fonetikası və dil qramatikasıı “Dil ekosistemi”nin ən ucqar quzey hüdudlarının buzlu Arktika sahillərinə, Şimal Qutb dairəsi (66 dərəcə) enliyinə qədər uzanması və uyğun tarxi-coğrafi prinsiplər (qəbilə-soy mənsubluğu, şifahi dil-dialekt üslubunun qorunması, yazılı epik eposların məzmun eyniliyi, etnonimlərin/toponimlərin filoloji doğmalığı, şivə fərqliyi və arxaik dialektlərin yer adlarında ifadəsi...) digər regionların (Avropadan, Anadoludan Tibet dağlıq yaylasına qədər) “Türk dillərinin ekosistemi”nin təməl dəyərlərini təkzib etmir, əksinə elmi-nəzəri zənginliyinə səbəb olur.

Yer kürəsinin quru hissəsinin ən ucqar şimal hissəini (Quzey Ümman Şimal Buzlu okeanı sahillərini) Yurd bilən Ağ/Bəyaz Türklərə (Evenklər, Evenlər, Nanaylar, Yukagirlər, Nenlər...) aid Dəmirrli Yurd/Taymır yarımadasının toponimlərinin elmi-metodoloji və nəzəri təhlili, əsas prinsiplərinin qiymətləndirilməsi və coğrafi təşəkkül mərhələlərinin tarixi əsaslandırılmasında bir neçə amil nəzərə alınır:

-tarixi-coğrafi etnoloji Ailə/Dil kökününə istinad;

-etnodil deassimlyasiyası;

-yad dillərə uyğunluğun mümkünsüzlüyü;

-Hun-Quz-Sak/Saxa qəbilə-tayfa İttifaqının hakim mövqe tutması.

Bir cəhəti nəzərə almaq lazımdır ki, Quzey qütb dairəsindən (66 dərəcə) şimalda yayılan toponimlərin yaranması XVII əsrədək kökənli Türkdilli şifahi semantik-filoloji kökə malik olub, Rusiya dövlətinin təsiri gücləndikcə yad mənşəli yer adları artmış və xəritələrdə onlardan istifadə olunmuşdur. Xarici ölkə dənizçiləri isə əsasən yerli toponimlərə üstünlük vermişlər, 1920-1930-cu illərdən sonra isə Türkdilli adlar tədricən azalmışdır.

Dəmirrli Yurd/Taymır bölgəsinin fiziki-coğrafi xəritəsini tərtib edən, Türkdilli xalqların etnosalnaməsini hazırlayan rus səyyahı və coğrafiyaşünası, akademik A.F.Middendorf (1815-1894) kökənli dillərdə olan toponimlərin ilkinliyinin (fonetik dil üslübünün dəqiqləşdirilməsi şərti ilə) qorunub saxlanılması vacibliyini qeyd etmiş, Hun-Quz...tayfalarının zəngin mədəni keçmişə malik olduqlarını əsərlərində yazmışdır (“Şimala və Şərqi Sibirə səyahət”, 1860, “Sibirin kökənli xalqları”, 1878).

Eramızdan əvvəlki minilliklərin kökənli Qəbilə-Tayfa İttifaqlarına aid tarixi-coğrafi, etnomifoloji, dini-sakral, etnomədəni....Təbəddülat mərhələləri barədə arxeoloji maddi nümunələr əsasında bilgilər nə qədər qiymətlidirsə, həmin coğrafi məkanlara aid əski etnonimlərin filoloji-etimoloji dəyərlərinin anlamı, yaranma səbəbi və şəraiti epik tarixi-coğrafi salnamələrin zənginləşdirilməsi, maddi-mədəni irsin xəritələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ərazi əhatəsinə, mürəkkəb dil strukturuna, etnoqruplarının çoxsaylı birliklərinin paylanmasına və nəhayətdə, qədim tarixi dövrə mənsubluğuna görə bu baxımdan “Türk dünyası coğrafiyası”nın bu səhifəsi digər xalqlara nisbətən xeyli dərəcədə zəngindir. Böyük Avrasiya qurusunun yarıdan çox hissəsini tutan, qonşu digər xalqlarının ictimai-mədəni inkişaf səviyyəsinə təsir edən əski və müasir Türkdilli xalqların Ailə-Dil mənşəyi eyni kökdən rişələnsə də, filoloji-semantik dialekt, şivə və fonetik dəyişiklik/fərqliliyi, şifahi və yazılı üslub müxtəlifliyi, dini-sakral təməl dəyərlərinin özəlliyi... kimi milli-mədəni keyfiyyətlərinin toplusu ümumilikdə Türk etnobirliyinin ümumi qiymətləndərilməsi üçün vacib olan amillərdir, xüsusilə, etnonimlərin (etnotoponimlərin) coğrafi paylanması nöqteyi-nəzərincə.

Türkdilli/mənşəli etnonimlərin Avrasiya hüdudları boyunca yayılması etnobirliklərin köçəri olmasına bağlı olsa da, bu həlledici amil deyil, əksinə oturaq həyat mədəniyyətinin coğrafi genişliyi, Təbəddülat mərhələlərinin davamlı olaraq əvəzlənməsi sayəsində mümkün olmuşdur, baxmayaraq ki, ” köçəri mədəniyyəti” özü də bütöv fundamental dəyərlərin yaranma, təşəkkül tapma və formalaşma dövrü olmaqla bəçəri təsirlərə də malikdir, milli-mənəvi, dini-sakral, etnofəlsəfi gücü özündə birləşdirib, bu günümüzədək irsi/izi qorunub saxlanılmışdır.

Haşiyə. Göründüyü kimi, Göy Türklərin mədəniyyəti Mərkəzi Asiyanın sivilizasiya ocağı olmuş, Batı Türkləri isə Avropa qurusunun, və hər iki Təbəddülat mərhələsi e.ə.I-eramızın I minilliklərini əhatə etmiş, təməl dəyərlərinin eyniliyi (maddi mədəniyyət məzmunu, ənənə köklərinə bağlılıq, Ailə-Dil amilinin nəzərə alınması...) nəzərə çarpmışdır. Göy Türklərin qeyri-maddi mədəniyyət irsinin bir çox nümunələri tarixi maddi-mənəvi zənginliyi özündə əks etdirməkdədir. Belə ki, 2009-cu ildən başlayaraq hər ilin yay dövründə Bəy Yurdunda/Buryatiyada (Uda çayı sahillərində) “Köçərilərin səsi” adlı Beynəlxalq etnomusiqi şöləni (Mədəniyyət naziri Teymur Tsıbəyovun ideyası əsasında) keçirilməkdədir.

2012-ci ildə Türk Dövlətləri Birliyinin Qırğızstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Zirvə toplantısında qərara alınmışdır ki, “Ümumdünya Köçəri Oyuinları” keçirilsin və bu ideya hər il böyük ruh yüksəkliyi ilə həyata vəsiqə almışdır.

Əski Türk xalqlarının dillərində şifahi yaşama hüququ qazanan etnotoponimlər (ilkin mərhələdə coğrafi toponimlər qəbilə-tayfa adlarına və relyef-landşaft örtüyünə görə yaranmışdır), sonrakı dövrlərdə məskunlaşma arealının genişlənməsi səbəbindən daha geniş ərazilərdə etimoloji kökü saxlamaqla yayılmış və təbii ki, dialekt-şivə təhrifinə məruz qalmışlar. Bu assimlyasiyada tarixi hadisələrin təsiri də az olmamışdır. Belə ki, Hun-Quz qəbilə birlikləri gücləndikcə, sərhədləri genişləndikcə Qərbi və Şərqi Savur/Sabir-Sibir hövzəsinin kökənli etnonimlərinin yaranması və ya dəyişilməsi adi hal almışdır, I minilliyin əvvəllərində, təbii ki, bu dövrdə əhali sayının az olması da toponimlərin coğrafi miqyas kəsb etməsinə öz mənfi təsirini göstərmişdir.Yeni Su hövzəsinin orta və yuxarı axarlarındakı Qızıl imperiyanı məğlub edən Hun-Quz İttifaqı Dəmirli Yurd/Taymır yarımadasındək ərazilərdə Çingiz xanın əcdadlarının yayılmasına səbəb olmuşdur.

Haşiyə. Göydəki Ulu Tanrı/Tenqri himayəsinə sığınana, yerdə güclü Türk-Moğol dövlətini/imperiyasını yaratmağa nail olan Çingiz Yesugey xan oğlunun (1155-1227) əcdadlarının Hun-Quz törənliyi, sələfliyi şübhə doğurmur. “Çingiz” adı iki söz kökündən ibarətdir, Hun-tayfa adının şivə təhrifi ilə “Hin”, “Çin” kimi tələffüzü və Quz etnosunun dialekt uyğunluğu ilə-Guz, Qiz...kimi səslənməsi, yazılması...nəticədə Çingiz adı tarixin yaddaşında etnonim olaraq saxlanılmış, bu günümüzədək Bütöv Türk-Müsəlman dünyasında hörmətlə yad edilməkdədir. Doğulanda atası tərəfindən Teymurçin adı verilsə də, anası Özlün xatun (1162-1210) ona Ulu əcdadlarının qəhrəmanlığı, mübarizliyi, igidliyi...haqqında tarixi məlumatlarla böyütdüyündən, o, “Çingiz xan” təxəllüsünü özünə ad etmişdir. Çin dövlətinin adlanması da Türk-Müsəlman xalqlarının filoloji təfəkküründə “Hunların yaşadıqları diyar” mənasına uyğundur.

Qızıl İmperiyanın tərkibindəki etnoslar (evenklər, nanaylar, evenlər, udugeylər...) Ağ/Bəyaz Türklər olduğundan (əski Türkdilli) onların filoloji assimlyasında ciddi sədd yaratmamış, əksinə dialekt zənginliyinə səbəb olmuş, Hun-Quz...etnonimlərinin quzey sərhəddinin Dəmirli Yurd/Taymır yarımadasınadək (eyni adlı göl də vardır) çatması ilə nəticələnmişdir. Yerli xalqların dilində göl-Dəryayi Türk/Dyamu Turku adlanır.

Yarımadanın ən böyük oroqrafik relyef forması Barı/Bırranqa dağ silsiləsidir (1500 km qərbdən şərqə uzanır), müasir Türk dillərində “barı”, “çəpər”....”qurşaq”, “aranı kəsən”...deyimində işlənir, müxtəlif anlamlarda da eyni məna daşıyır, bəzən “arada-bərədə görün” ifadəsi də işlədilir ki, “vaxtın arasında çəkilmiş sədd” kimi səslənir. “Barı/Bırranqa” orotoponimi əski Yaqutların dilində “qurçaq, silsilə” mənasını daşıyır. Qurşağın Bəyaz (Saya) və Qara (Həngə)hissələri relyef formasının Günəş istiliyinə, işığına olan yamaclarına görə fərqləndirilir. Qara Barı hissəsi həm də yerli Türkdillilərin təbirincə, şər qüvvələrin, qorxunc ruhların məskəni olduğundan daş və buz kütlələri ilə “hörüklənib”, oralar ölüm saçır....sıldırım qaya parçaları bütünlüklə qara örtüklü mamırlaşmış sal daş örtüklüdür...

Geoloji yaşı təqribən 1 milyard ilə çatan, Tunc dövrünün izlərinə sərt və mənzərəli təbiətinin hər guşəsində rast gəlinən, əski Türkdilli xalqlarının etnoqrafik şəbəkəsinə görə zənginliyi ilə seçilən və etnoilkinliyini qoruyub saxlayan Dəmirli Yurd/Taymır yarımadasının şərq hissəsindən axan Kötü/Kotu çayı (uzunluğu 1409 km, yerli xalqların dilində “inadkar”, “əzmkar” anlamında) və onun sağ sahilində yerləşən Qayıq/Kayaq kəndinin adlarına (“bir nəfərlik kiçik, miniatür qayıq” deməkdir) “Türk dünyası coğrafiyası”nın hər yerində rast gəlinir, adi danışıqda belə gündəlik işlədilir.

Qərbi Savur/Sabir-Sibir düzünün cənubunda Çul/Çulım nahiyəsində Qayıq kəndi (Novosibirsk şəhəri yaxınlığında), Alyaska körfəzində Qayıq/Kayaq adası...eyni etimoloji məna kəsb edir.

Dəmirli Yurd/Taymır yarımadasını cənubdan əhatə edən, əski Hun-Quz dillərində “ala-toran, tüstülənən yüksəklik” mənasını Putoran və “sıldırmlı yamaclarla əhatələnən” anlamına uyğun Anabar yayları həm də Türk dünyasının qədim coğrafi əraziləri kimi zəngin toponimləri özündə yaşadır, “ekodil”lə yaranmış çoxlu sayda təbii mənzərələrə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri