Icma.az
close
up
RU
Ramiz Mehdiyevin 5 ci kolon u: Daha Rusiyaya lazım deyil

Ramiz Mehdiyevin 5 ci kolon u: Daha Rusiyaya lazım deyil

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində cinayət işi Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun bütün dayaqlarını itirməsinə və fəaliyyətinə son qoyulmasına səbəb olacaq.

Çünki Ramiz Mehdiyev uzun illər Azərbaycanda Rusiyanın casus şəbəkəsinin əsas təşkilatçısı və lideri funksiyasını yerinə yetirib. Hətta sabiq Administrasiya rəhbəri özü işdən kənarlaşdırılmasına baxmayaraq, vəzifəyə gətirdiyi bir sıra məmurlar hələ də dövlət orqanlarında fəaliyyətini davam etdirirlər. Yəni “5-ci kolon” hələ sağdır və bu təhlükənin tamamilə  aradan qalxdığını söyləmək tezdir.

Doğrudur, xüsusilə də 2024-ci ildə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qroznı səmasında Rusiya hərbçiləri tərəfindən vurulmasından sonra “5-ci kolon”un sistemli şəkildə ifşası həyata keçirilib. 2025-ci ilin fevral ayında Bakı şəhərində “Rus evi” adı altında fəaliyyət göstərən və əslində insanları casusluğa cəlb etməklə məşğul olan mərkəzin aşkar edilərək bağlanması, bu ilin iyul-avqust aylarında isə “Sputnik Azərbaycan” informasiya agentliyində və digər yerlərdə Rusiyanın casus şəbəkəsinin təhlükəsizlik orqanları tərəfindən aşkar edilərək saxlanılması “5-ci kolon”un dayaqlarını ciddi şəkildə zəiflədib.

Lakin görünür, dövlətçiliyə qarşı yönəlmiş təhlükəni tamamilə zərərsizləşdirmək üçün Rusiyanın siyasi dəstəyi ilə hakimiyyəti ələ keçirəcəyinə ümid edən şəxsin - Ramiz Mehdiyevin həbsi daha vacib imiş. Artıq Mehdiyevin həbsi onun vəzifədə olduğu dövrdə dövlət strukturlarına “mina” kimi yerləşdirdiyi məmur korpusunun tamamilə neytrallaşdırılmasına yol açacaq. 

Ramiz Mehdiyevin həbsini zəruri edən səbəblərdən biri də onun Rusiya üçün lazımsız fiqura çevrilməsi ilə bağlıdır. Azərbaycan və Rusiya prezidentlərinin oktyabrın 9-da Düşənbədə keçirilən görüşündən az sonra Ramiz Mehdiyevlə bağlı cinayət işi Kremlin “boz kardinal”dan imtina etməsi kimi başa düşülə bilər. Görünür, 87 yaşlı Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi edəcəyinə Moskvada  da inanmırlar. O, Rusiya üçün yalnız siyasi potensialı tükənmiş, Azərbaycandakı siyasi proseslərə heç bir təsiri olmayan təqaüdçü məmurdur.

Rusiyaya isə Ramiz Mehdiyev yox, Azərbaycanla strateji münasibətləri qorumaq lazımdır. Xüsusilə də 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra regionda tamamilə fərqli yeni geosiyasi reallıqlar yaranıb. Ramiz Mehdiyevin Prezident Adminstrasiyasına rəhbərlik etdiyi illərdə mövcud olmuş status-kvo yoxdur.

O, vəzifədən getdikdən sonra Azərbaycan dövləti siyasi, iqtisadi və hərbi cəhətdən xeyli güclənib, ərazi bütövlüyünü tam bərpa edib. Xalq-Prezident-Ordu formulu əsasında ardıcıl qazanılan qələbələr dövlətə və hakimiyyətə olan inamı xeyli artırıb. 44 günlük müharibədə qazanılan Zəfər və 2023-cü ildə erməni separatizminin tamamilə ləğvi Prezident İlham Əliyevin siyasi reytinqinin ən yüksək səviyyəyə qalxmasını şərtləndirən mühüm səbəbə çevrilib. Ona görə də Ramiz Mehdiyev kimi siyasi nüfuza malik olmayan və Azərbaycanda daha çox antimilli qüvvələrə bağlı şəxs kimi tanınan birinin hakimiyyətə iddia etməsi kifayət qədər qeyri-ciddi təsir bağışlayır.

Bu reallığı Rusiya rəhbərliyi də anlayır. Prezidentlər İlham Əliyev və Vladimir Putinin görüşündə də Rusiyanın Azərbaycanla münasibətlərinin yaxınlaşmasında maraqlı olduğu aydın görünürdü. Yəni rəsmi Moskvanın Ramiz Mehdiyevdən və “5-ci kolon”dan imtina etməsi Azərbaycanla münasibətlərə daha praqmatik yanaşdığını deməyə əsas verir.

Müşfiq Abdulla     
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri