Qəbul imtahanına telefonla girən 11 nəfər xaric olunub DİM
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
Qeyd olunub ki, 11 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub:
“Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.
İyulun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur”.
Bu mövzuda digər xəbərlər:Qəbul imtahanına çətin suallar salınıb? DİM
10 Mart 2026 12:47
DİM: 13 min 845 nəfər magistraturaya qəbul olunub
29 İyul 2026 20:16
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? DİM sədri AÇIQLADI
31 May 2025 11:20
11 nəfərin üzərinə xüsusi cihaz yerləşdirib Qəbul imtahanına keçiriblər
06 Noyabr 2025 12:51
12 nəfər imtahandan xaric olundu DİM
17 İyun 2026 20:33
Baxış sayı:167
Bu xəbər 05 İyul 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















