Qəbul imtahanları artıq işğaldan azad edilmiş bölgələrdə də təşkil olunur DİM sədri
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Buraxılış imtahanları 2012-ci ildən bütün şəhər və rayonlarda keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, buraxılış imtahanları 2012-ci ildən etibarən bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə əvvəllər əsasən Bakı və Naxçıvanda keçirilirdi, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərə də genişləndirilib. Hazırda isə bu imtahanlar ölkənin 24 şəhər və rayonunda təşkil edilir.
“Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq həmin bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər,” – deyə Məleykə Abbaszadə bildirib.
Baxış sayı:109
Bu xəbər 23 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















