Icma.az
close
up
RU
Qəbul imtahanlarında pozuntular artır DİM dən HƏYƏCANLI STATİSTİKA

Qəbul imtahanlarında pozuntular artır DİM dən HƏYƏCANLI STATİSTİKA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 6 ildə qəbul imtahanlarında 237 qayda pozuntusu qeydə alınıb.

Azərbaycanda son beş ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində 237 qayda pozuntusu aşkarlanıb. Ən çox rast gəlinən pozuntu isə imtahan zalında mobil telefondan istifadə olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sorğuya cavabında bildirilib.

Statistikaya əsasən, 2021-ci ildə qəbul imtahanlarında 40, 2022-ci ildə 48, 2023-cü ildə 36, 2024-cü ildə 36, 2025-ci ildə isə 31, 2026-cı ildə isə 46 qayda pozuntusu qeydə alınıb.

Son altı ilin statistikasına görə, ən çox rast gəlinən qayda pozuntusu imtahan zalında telefondan istifadə olub. Bu səbəbdən ümumilikdə 163 nəfər imtahan qaydalarını pozub. Bundan sonra digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq (20 nəfər) və sual kitabçasını dəyişmək (21 nəfər) gəlir.

2021-ci ildə qəbul imtahanlarında 40 qayda pozuntusu qeydə alınıb. Bunlardan 26-sı imtahan zalında telefondan istifadə, 7-si sual kitabçasını dəyişmə, 3-ü nizam-intizam qaydalarının pozulması, 2-si cavab vərəqinin dəyişdirilməsi, 1-i digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq, 1-i isə dinləmə qurğusu-ötürücü qurğudan istifadə ilə bağlı olub.

2022-ci ildə ümumilikdə 48 qayda pozuntusu aşkarlanıb. Onlardan 39-u telefondan istifadə, 6-sı digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq, 2-si nizam-intizam qaydalarının pozulması, 1-i isə imtahan rəhbərinə pul təklif edilməsi ilə bağlı qeydə alınıb.

2023-cü ildə 36 qayda pozuntusu müəyyən edilib. Bu dövrdə 25 nəfər telefondan istifadə edib, 7 nəfər digər iştirakçıdan köçürməyə cəhd edib və ya buna şərait yaradıb, 4 nəfər sual kitabçasını dəyişib, 2 nəfər isə nizam-intizam qaydalarını pozub.

2024-cü ildə qeydə alınan 36 qayda pozuntusunun 16-sı telefondan istifadə, 4-ü sual kitabçasının dəyişdirilməsi, 4-ü cavab kartlarının dəyişdirilməsi, 5-i konspekt və ya köməkçi vəsaitdən istifadə, 3-ü digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaq, 1-i smart tipli saatdan istifadə, 1-i ötürücü qurğu və ya qulaqlıqdan istifadə, 1-i şparqalkadan istifadə, 1-i isə nizam-intizam qaydalarının pozulması ilə bağlı olub.

2025-ci ildə isə 31 qayda pozuntusu aşkarlanıb. Onlardan 20-si telefondan istifadə, 3-ü smart tipli saatdan istifadə, 4-ü sualların cavablarının ötürülməsi, 2-si sual kitabçasının dəyişdirilməsi, 2-si isə digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaqla bağlı olub.

2026-cı ildə isə 46 qayda pozuntusu aşkarlanıb. Onlardan 37-si imtahan zalında telefondan istifadə, 4-ü sual kitabçasının dəyişdirilməsi, 2-si nizam-intizam qaydalarının pozulması, 1-i smart tipli saatdan istifadə, 1-i konspekt və ya köməkçi vəsaitdən istifadə, 1-i isə digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaqla bağlı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri