Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ

Qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dövlət İmtahan Mərkəzi emal prosesini yekunlaşdırıb. Çünki illərin təcrübəsinə baxdığımız zaman Dövlət İmtahan Mərkəzi ixtisas seçimini yekunlaşdırdıqdan iki və yaxud maksimum üç gün sonra ümumi nəticələri açıqlayırdı. Bu il gecikmənin səbəbi vardı. Səbəbi də Dövlət İmtahan Mərkəzi bəzi xüsusi təyinatlı təhsil müəssisələrində müraciətçilərin nəticələrinin hələ yekunlaşmaması ilə əlaqələndirmişdi".

Bu fikirləri Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi.

Onun sözlərinə görə, xüsusilə də hərbi təhsil müəssisələrinə, tibb ixtisaslarına və Milli Müdafiə Universitetinə müraciət edən gənclərin eyni zamanda Dövlət İmtahan Mərkəzinə də müraciəti olmuşdu ki, bu da nəticələrin eyni anda açıqlanmasında müəyyən qədər problem yarada bilərdi:

"Ona görə də ilk növbədə Milli Müdafiə Universiteti nəticələri açıqlamalıdır ki, Dövlət İmtahan Mərkəzi də həmin gənclərin ümumi nəticələrinə yekun qərar versin, yəni onları Dövlət İmtahan Mərkəzinin qəbul prosesindən kənarlaşdırsın. Hazırda Milli Müdafiə Universiteti tərəfindən nəticələrin açıqlanması gecikdiyinə görə, düşünürəm ki, bu proses yubandı. Yəqin ki, bu gün günün sonunda və yaxud sabah nəticələr açıqlanar. Çünki artıq demək olar ki, proses yekun mərhələdədir. Nəticələr açıqlandıqdan sonra ən çox hansı qrupların üzüləcəyi sualı maraqlıdır. Çünki təxminən 25 min nəfər gəncin ali təhsildə bu rəqəm bir qədər çox, 26-27 min də ola bilər, çünki səhv seçim edənlər də olacaq, ali təhsil müəssisələrinə qəbul olmayacağı aşkardır. Ümumi plan yeri 61 mindir, müraciət edən abituriyentlərin sayı isə 87 min ətrafındadır. Bu da 25 mindən çox abituriyentin ali təhsil müəssisələrinə qəbul olmayacağının bariz göstəricisidir. Bununla yanaşı, ən çox kəsilənlərin üçüncü ixtisas qrupundan olacağını hesab edirəm. Çünki düşünürəm ki, üçüncü ixtisas qrupunda 280 balın altında qəbul çox az hallarda mümkün olacaq. 280 bal demək olar ki, qəbul üçün minimum sərhəd kimi düşünülə bilər, yəni təxminən 270-280 bal aralığı".

Müsahibimiz vurğuladı ki, keçən il bu göstərici təxminən 220-230 bal aralığında idi:

"Bu il isə ehtimal olunur ki, 270-280 bala qədər yüksələcək. Çünki üçüncü qrupda aşağı ballı ixtisaslarda, xüsusilə də balların qalxması gözlənilir, yüksək ballı ixtisaslarda isə balların düşməsi ehtimal olunur. Bu il bir qədər fərqli vəziyyət formalaşıb. Məsələn, yüksək bal toplayan abituriyentlərin sayı keçən illə müqayisədə az olduğuna görə, yuxarı ballarda, xüsusilə də I, II və III ixtisas qruplarında azalma müşahidə olunacaq. Təxminən 10-15 bal aralığında enmə ehtimal edilir. Məsələn, hüquq ixtisasının keçid balı da düşəcək. Mən bunu əvvəllər də demişdim, hüquq ixtisasının balının düşəcəyini bildirmişdim. Birinci ixtisas qrupunda kompüter yönümlü ixtisaslarda, eləcə də riyaziyyat-fizika alt qrupunda, həmçinin ikinci ixtisas qrupunda yüksək ballarda, xüsusilə 550 baldan yuxarı nəticələrdə müəyyən düşüş müşahidə olunacaq. Birinci qrupun riyaziyyat-informatika alt qrupunda aşağı bal toplayanlar arasında vəziyyət gərgin olacaq. Riyaziyyat-kimya alt qrupunda isə Bakı şəhərində plan yerlərinin müəyyən qədər azalması keçid ballarının artmasına təsir göstərəcək. Bu vəziyyət ikinci və üçüncü qruplarda da eyni şəkildə özünü göstərəcək. Çünki Bakı şəhərində plan yerləri azalıb, regionlarda isə plan yerlərinin sayı artıb. Ona görə də Bakı şəhərində yerləşən ixtisaslarda əvvəlki illə müqayisədə müəyyən qədər bal artımı müşahidə olunacaq. Xüsusilə də aşağı ballarda, yəni 400 baldan aşağı nəticələrdə, aşağı baldan yüksək bala doğru getdikcə artımın daha çox hiss olunacağı gözlənilir. Təxminən 10-15 bal aralığında artım olacağı ehtimal edilir. Riyaziyyat-informatika alt qrupunda da eyni şəkildə balların artımı müşahidə oluna bilər.

İkinci ixtisas qrupunda da aşağı ballarda vəziyyət bir qədər kritik olacaq. Xüsusilə 200-250 bal aralığında ciddi dəyişikliklər gözlənilir. Rus bölməsi üzrə abituriyentlərdə təxminən 20-30 bal aralığında artım müşahidə oluna bilər. Bununla yanaşı, üçüncü ixtisas qrupunda, xüsusilə rus bölməsində vəziyyət çox gərgin olacaq. Rus bölməsi üzrə bəzi ixtisaslarda təxminən 20-30 bal aralığında artım gözlənilir. TC alt qrupunda həm Azərbaycan, həm də rus bölməsi üzrə ciddi artım müşahidə oluna bilər. İxtisasın tələbatından asılı olaraq balların təxminən 30-70 bal aralığında artacağı ehtimal edilir. Xüsusilə Beynəlxalq münasibətlər ixtisasında, bəzi dövlət sifarişli ixtisaslarda keçid balının təxminən 50 bal artması mümkündür. Bu da təbii ki, qaçılmaz görünür. Dördüncü ixtisas qrupunda tibbdə ciddi rəqabət formalaşacaq və ballar artacaq. Tibbi ixtisaslarda təxminən 15 bal aralığında artım olacağı ehtimal edilir. Aşağı ballı ixtisaslara doğru getdikcə də müəyyən artım müşahidə olunacaq. Ümumilikdə isə əsas rəqabət dördüncü qrupda, xüsusilə tibb ixtisaslarında gedəcək. Beşinci ixtisas qrupunda isə hesab edirəm ki, ballarda müəyyən düşüş olacaq. Xüsusilə dizayn və idman ixtisaslarında bu ehtimal daha yüksəkdir. Çünki əvvəllər dizayn ixtisasında qabiliyyət imtahanı üstünlük təşkil edirdisə, artıq buraxılış imtahanının nəticəsi daha çox rol oynayır. Buraxılış imtahanı da bu il keçən illə müqayisədə daha çətin olduğuna görə, hesab edirəm ki, beşinci qrup üzrə dizayn və idman ixtisaslarında müəyyən qədər bal enməsi müşahidə olunacaq".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri