Qədim Misir mumiyasında “İliada”nın mətni olan papirus tapılib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 aprel, AZƏRTAC
Barselona Universitetinin alimləri 1600 il yaşı olan qədim Misir mumiyasının içərisində Homerin məşhur “İliada” poemasından bir hissəni tapıblar.
AZƏRTAC xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, üzərində şeir olan papirus parçası Oksirinxusda tapılmış bir mumiyada aşkarlanıb.
Dəfn eramızın IV əsrinə aiddir. O vaxt Misir Roma imperiyasının bir əyaləti idi. Yunan dilində yazılmış papirus parçası mumiyanın qarın boşluğuna yerləşdirilib. İspan alimləri bunun tarixdə ilk belə kəşf olduğunu bildirirlər.
Professor İqnasi-Xavyer Adieqo qeyd edib ki, arxeoloqlar hələ 19-cu əsrdə Oksirinxus ərazisində məktublar və ədəbi əsərlər də daxil olmaqla, yunan və latın mətnlərini ehtiva edən minlərlə papirus tapıblar. Lakin mumiyanın içərisində ədəbi əsərin yer aldığı papirusun kəşfi həqiqətən yeni tapıntıdır.
Alimlər mumiyaya məhz “İliada”dan olan parçanın niyə qoyulduğunu bilmirlər, lakin bəziləri mərhumun onu sevdiyi ehtimalını irəli sürürlər. Bundan əlavə, dəfn yerində mis və qızıldan hazırlanmış dillər tapılıb. Bunlar sarkofaqa ona görə qoyulub ki, mərhum axirətdə tanrılarla ünsiyyət qura bilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















