Icma.az
close
up
RU
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? Qan donduran FAKTLAR

Icma.az bildirir, Lent az portalına istinadən.

Qədim zamanlarda insanların həyatı daha sərt idi. Bu, qanunlarda da öz əksini tapmışdı.

Lent.az xarici mənbəyə istinadən Qədim Romada qadınların xəyanətə görə necə cəzalandırıldığına və onların həyatlarının necə olduğu haqqında araşdırmanı təqdim edir.

Qədim Romada qadınlar necə görünürdü

Həmin dövrlərdə qadınların gündəlik geyimi topuğa qədər uzanan kətan və ya yun tunikalardan ibarət olurdu. Statuslarını nümayiş etdirmək üçün uzun və sərbəst bir paltar – stola geyinə bilərdilər. Bu paltarı evli qadınlar geyinirdi. Çölə çıxarkən çiyinlərinə və ya başlarına palla adlanan örtük atırdılar. Bu, uzun yaylıq, şal və ya plaş idi.

Ayaqlarına qapalı tufli və ya sandalet geyirdilər. Bəzəklər isə bu gün bizə tanış olan üzük, sırğa, bilərzik və boyunbağı idi. Onlar gümüş, qızıl, kəhrəba, mirvari və muncuqdan hazırlanırdı.

Saç düzümləri çox sadə olurdu. Saçlarını ya açıq buraxırdılar, ya da bir lentlə bağlayırdılar. Zinət kimi qızıldan, fil dişindən və ya bürüncdən hazırlanmış sancaqlar, tər bəzəkləri və qiymətli daşlardan istifadə olunurdu.

Hətta o dövrlərdə belə, açıq dəri rəngi üstünlük hesab edilirdi – bu, aristokratiya əlaməti sayılırdı. Buna görə dərilərini qurğuşunlu pudra, təbaşir və sirkə ilə ağardırdılar. O dövrdə qadınların kosmetikasına isə oxra və ya otlu şərabdan alınmış rumyana, sürik və hisdən hazırlanan göz kölgəsi, həmçinin qızılgül, dafna və mirra ilə hazırlanan ətirlər və aromatik yağlar daxil idi.

Qaşlarını kömür və ya sürmə ilə boyayırdılar və dəbdə olan üslub isə onları "bir xətt" halında birləşdirmək idi.

Qədim Romada qadınlara necə xitab olunurdu

Qədim Roma zadəgan qadınlarının kişi kimi şəxsi adı olmurdu. Onlara atalarının soyadına görə xitab edilirdi (məsələn, Klavdiya – Klavdi sülaləsindən). Bacılar böyük (Maior) və kiçik (Minor) kimi fərqləndirilirdi. Bəzən xarici görünüşə və ya xarakterə görə ləqəblər də əlavə olunurdu.

Qadınları ifadə edən neytral söz Femina idi. Əgər bu, hörmətli və evli qadın, ailə başçısı idisə, ona Matrona deyilirdi. Dul qadınlar üçün isə ayrıca bir söz – Vidua istifadə olunurdu. Subay qızlara və uşaqlara Puella, xidmətçi və ya qadın kölələrə isə Ancilla deyilirdi. Əgər kölə azad edilirdisə, bu zaman ona Liberta deyirdilər. Kölə və xidmətçilər öz xanımlarına Domina deyə müraciət edirdilər.

Xəyanətə görə cəza

İndi isə keçək Qədim Romada qadınların xəyanətə görə necə cəzalandırıldığına. Kişilər və qadınlar üçün qaydalar tamamilə fərqli idi. Əgər kişi həyat yoldaşını sevişərkən tuturdusa, onu öldürmək hüququna sahib idi. Bu, cinayət yox, şərəf məsələsi sayılırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyul 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri