Icma.az
close
up
RU
Qədrim mənim hünərlidir

Qədrim mənim hünərlidir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Nicat NOVRUZOĞLU

Nə xoş!

Bu yollarda izim qala,

Yol qədrimi bilsə, nə xoş!

Acı dünya şirin-şəkər,

bal qədrimi bilsə, nə xoş!

Sözüm dik saxlasa məni,

Ər ömrü haqlasa məni,

Çəmən qucaqlasa məni,

Çöl qədrimi bilsə, nə xoş!

Qədrim mənim hünərlidir,

Sayanına bəhərlidir.

Qədrim ləldən dəyərlidir,

Ləl qədrimi bilsə, nə xoş!

Şölə çəkib ay-ulduzdan,

Qəlblərə köçsəm kağızdan,

Xalq mərd desə bir ağızdan,

El qədrimi bilsə, nə xoş!

Dəyməz

Yanar odda bir ləhzədə,

Yüz quru bir yaşa dəyməz.

Qəmlə keçən fəsli-bahar

Bol nəşəli qışa dəyməz.

Dərddir adamı yuxaldan,

Dərki-həyatı çoxaldan.

Adam var ki - baş ucaldan,

Adam var - quruşa dəyməz.

Şər qüvvəyə sirdaş olub

Təlxək olub, əyyaş olub.

Günahlardan çaş-baş olub

Ömrü yetir başa, dəyməz!

Bu aləmdə söykək yerin

Kim olubdur düşün dərin.

Seçdiyin o hədəflərin

Hər bir vədə tuşa dəyməz.

Nicat, bağlan doğru yola,

Çox boylanma sağa-sola.

Milyon varlı dostun ola,

Bir kasıb qardaşa dəyməz.

Dönüm gözlərinin qarasına mən

Yenə işıqlandı dan yeri, şükür,

Yenə də yuxudan oyatdı anam.

Neçə gecələri qaldı yuxusuz,

Nə gün yaşadı ki, nə yatdı anam!?

Çağırdı süfrəyə, yeməyə gəlin,

Düzmüşdü yenə də Allah verəndən.

Bizi doyurmaqçın dil-ağız tökdü,

Özü yemədi ki, o baxdı gendən.

Ana, bir fincan da çay gətir mənə,

Mənə yemək üçün bundan da gətir.

Yox, bu da xoşuma gəlmədi nəsə,

Nə qədər arzum var, yerinə yetir.

Anam mələk kimi dolanırdı hey,

Elə dolanırdı fır-fır başıma.

Mən isə yorduqca can-can deyirdi,

Amandı, nə isə gəlməz xoşuna.

Hələ harasıdır saysan bitərmi,

Saymadım, böyüdüm beləcə mən də.

Mən ona borcluyam, gələcəyimi,

Ömrümü verərəm üzü güləndə.

Neçə müqəddəsi birləşdirəndir,

Yurd ana, dil ana, vətəndir ana.

Ana əməyini itirən insan,

Nə cavab verəcək, bəs Yaradana!?

Bilmirəm bu qədər cövrü-cəfanı,

Yazım şüurumun harasına mən.

Yox, yox, yazmaq olmaz, izn ver, ana,

Dönüm gözlərinin qarasına mən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see296

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see252

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see247

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see246

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see240

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see237

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see235

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see235

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see219

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see214

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see201

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see201

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see200

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see199

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see197

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see196

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see192

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see185

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

26 Sentyabr 2026 23:58see167

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri