Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Qəhrəmanlar Anası” adlı konsert keçirildi FOTOLAR

Qəhrəmanlar Anası” adlı konsert keçirildi FOTOLAR

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

12 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində Aprel döyüşlərinin ildönümünə və şanlı Zəfərimizə həsr olunmuş "Qəhrəmanlar Anası” adlı tədbir konsert keçirildi.

AZXEBER.COM xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və "Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı, "Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında Aprel döyüşlərinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını bildirib. O qeyd edib ki, Azərbaycan heç zaman müharibə istəməyib, lakin ölkənin ərazi bütövlüyünü təmin etmək üçün haqq savaşına başlamaq məcburiyyətində qalıb. Aprel döyüşləri bu mübarizənin önəmli başlanğıcı, xalqın birliyinin və ordumuzun gücünün simvolu olub. O, qeyd edib ki, bu tədbir şəhid analarının bir araya toplanaraq öz duyğu və hisslərini bölüşməsi məqsədi daşıyır. Azərbaycan qəhrəmanlar yurdudur və analar şəhidlik zirvəsinə yüksələn bu qəhrəmanları dünyaya gətirən müqəddəs varlıqlardır. Onları cəmiyyətimizə təqdim etmək bizim borcumuzdur.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına olan borcumuz qədər, onları böyüdüb yetişdirən analara da minnətdarlığımız sonsuzdur.

Milli Məclisin deputatı Aydın Hüseynov tədbirin mahiyyətindən danışıb: "Ana adı hər zaman müqəddəs tutulub və qəhrəmanlar yetişdirən anaların özləri də əsl qəhrəmandır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olub. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib və bu Qələbə dünya hərb tarixinə unikal nümunə kimi daxil olub. Ordumuzun göstərdiyi şücaət bütün dünyaya xalqımızın əzmini və gücünü sübut edib”.

Çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim yaşadılacağını, onların ailələrinin cəmiyyət və dövlət tərəfindən hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıblar. Bildiriblər ki, yeni nəsil bu qəhrəmanları tanımalı və onlara layiq şəkildə böyüməlidir.

İkinci Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirə "Qəhrəmanlar anası” musiqi əsərinin səslənməsi ilə yekun vurulub. Bəstəsi İlhamə Adilqızına, sözləri Nəsibə İsrafilqızına məxsus əsəri Elnarə Rza ifa edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri