Icma.az
close
up
RU
Qəhrəmanlıq tariximizə şərəf qatanlar FOTOLAR

Qəhrəmanlıq tariximizə şərəf qatanlar FOTOLAR

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 günlük haqq savaşımızda Azərbaycan ordusu şanlı qələbə qazandı. Tarixi zəfərin əldə olunmasında minlərlə Vətən övladından biri də şəhid Arif Qeybiyevdir. Əzəli yurd yerimiz olan Qarabağımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan bu Vətən sevdalısı 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb. Onun ömür yolu qısa olsa da, gələcək nəsillər üçün bir tarix yazıb getdi. Həmçinin dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görülən Arifin adı qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Bizlərə əmanət qoyduğu Gülnur adlı qızı da Vətəninə layiqli bir övlad kimi boy atır.
Köksündə əsl qəhrəman ürəyi döyünən Vətənin qeyrətli oğlu Arif Qeybiyev E.Ağayev adına Səncərədi kənd tam orta məktəbdə oxuduğu zaman idmanın atletika növü ilə məşğul olub. Əldə etdiyi uğurlar ona pərəstişkarları arasında yaxşı hörmət də qazandırıb. İdmana qəlbən bağlandığına görə orta məktəbi bitirən ili Astara Pedaqoji Kollecinin idman fakültəsində təhsilini davam edib. Qatıldığı idman yarışlardan qalib ayrılmaq onun həyat kredosuna çevrilib. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Atletika üzrə 50-dən çox diploma sahib olub, onların 30-u yalnız birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarında iştirak edib. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alov qoruyanların məşəl yürüşünə Arif də qatılıb. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.

Arif Qeybiyev 2016-cı ilin iyul ayında faşist xislətli dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. 2018-ci ilin yanvar ayında əsgəri borcunu şərəflə başa vurub. Buna baxmayaraq canına yağı dadanmış yurdunun taleyi Arifi rahat buraxmırdı. Özlüyündə bir qədər götür-qoy etdikdən sonra həyatını hərbiyə bağlamaq qərarını verib. Beləcə ürəyinin istədiyini əsas götürərək yenidən ön cəbhəyə dönməyi və məkrli düşmənlə məqamı gələndə sona qədər döyüşərək qisasını alacağına and içib. 2018-ci ilin oktyabr ayında Arif hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə tankçı vəzifəsində çalışıb. Qısa zaman kəsiyində zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Həmin ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib. Qatıldığı bütün təlimlərdə həmişə döyüş igidliyinə görə fərqlənib, neçə-neçə çətin sınaqlardan alnıaçıq çıxıb, hünəri hamını heyran qoyub.

Vətənini, torpağını canından artıq sevən, son dərəcə cəsur, mərd bir gənc olan tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə birincilər sırasında odun-alovun içinə girib. Ölüm-dirim müharibə meydanında dostu Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək, 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib və şəhadətə ucalıb. Cismən aramızdan getsə də, mənən əbədi olaraq milyonların ürəyinə köçüb.
Bəli, Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Arifə belə bir ölməzlik nəsib olduğu üçün o, xalq, dövlət tərəfindən heç vaxt unudulmur, ehtiramla xatırlanır.
Həmçinin 2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının, eləcə Gənclər və İdman Nazirliyinin təşəbbüsü sayəsində Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.
Natiqlər şəhid Arif Qeybiyevin döyüş meydanında göstərdiyi misilsiz şücaətindən , şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu qürurla dilə gətiriblər . Həmçinin zəfər şəhidinin sağlığında ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı deyilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.

Astara elinin qəhrəman oğlu Arifin 29 yaşı tamam oldu. Doğum günü münasibətilə rayon rəsmiləri, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışan mədəniyyət işçiləri şəhidin ailəsinə baş çəkib və məzarını ziyarət edib təzə güllərdən ona çələng hörüblər. Söhbət zamanı bildirilib ki, Arif Vətən uğrunda canından keçərək Azərbaycanın yeni, şanlı tarixini yazan igid, qeyrətli Vətən sevdalısı oldu. Məhz buna görə də qərinələr ötsə belə o, daim qəlblərdə yaşayacaq və şərəfli həyat yolu əsl qəhrəmanlıq məktəbi kimi gələn nəsillərə nümunə göstəriləcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see453

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see264

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see260

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see248

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see243

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see243

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see240

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see240

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see239

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see231

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see228

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see226

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see224

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see222

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see214

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see207

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see193

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see187

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see180

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri