Qəhvə insanlara niyə fərqli təsir edir? Dietoloq səbəbini açıqladı
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qan qrupunun insanın kofeinə həssaslığına və qəhvəyə münasibətinə təsir göstərməsi ilə bağlı elmi cəhətdən təsdiqlənmiş sübut yoxdur.
BAKU.WS-in məlumatına görə, bunu dietoloq, tibb elmləri namizədi Yelena Solomatina açıqlayıb.
Sosial şəbəkələrdə qan qrupları ilə qəhvəyə reaksiyalar arasında əlaqənin olduğu barədə müxtəlif fikirlər yayılır. İddialara əsasən, I və III qan qrupuna sahib insanların qəhvəni daha yaxşı qəbul etdiyi, II qan qrupu olanlarda içkidən sonra əllərdə titrəmə və ürəkdöyünmə yarana bildiyi, IV qan qrupuna sahib şəxslərin isə mədə yanması ilə daha çox qarşılaşdığı bildirilir.
Lakin dietoloq bu yanaşmanın elmi əsasının olmadığını vurğulayıb. Onun sözlərinə görə, insanın qəhvəyə reaksiyası əsasən orqanizmin fərdi xüsusiyyətlərindən və kofeinə alışqanlıq səviyyəsindən asılıdır.
Solomatina bildirib ki, bəzi insanların orqanizmi kofeini daha sürətlə parçalayır, digərlərində isə bu proses daha yavaş gedir. Bundan başqa, müntəzəm qəhvə içən insanlarda zaman keçdikcə kofeinin təsirinə qarşı müəyyən tolerantlıq formalaşa bilər.
Bu səbəbdən qəhvəni mütəmadi qəbul edən şəxs üçün əvvəlki miqdarda içki artıq əvvəlki qədər güclü təsir göstərməyə bilər. Əksinə, nadir hallarda qəhvə içən insan az miqdarda kofeindən sonra belə güclü oyanıqlıq və yuxu problemləri yaşaya bilər.
Dietoloq qan qrupu ilə qəhvəyə həssaslıq arasında əlaqə barədə yayılan fikirləri şərh edərkən bunun maraqlı nəzəriyyə olduğunu, lakin hazırda elmi şəkildə sübuta yetirilmədiyini qeyd edib.
Mütəxəssisin sözlərinə görə, kofein orqanizmdə sinir sisteminin rahatlamasına kömək edən adenozinin təsirini zəiflədir. Qəhvənin uzun müddət və müntəzəm istifadəsi nəticəsində isə kofeinə həssaslıq azala bilər. Bu halda insan əvvəlki təsiri əldə etmək üçün qəbul etdiyi qəhvənin miqdarını artırmağa meyllənə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















