Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qələbə hələlik başlanğıcdır

Qələbə hələlik başlanğıcdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Növbəti mərhələdə “Qarabağ”ı daha ciddi sınaqlar gözləyir

Braziliya və Azərbaycan futbolunun sintezini təşkil edən “Qarabağ” milli komandası ilə milli çempionatı ayrı-ayrı dünyalar olan İrlandiya futbolundan güclü çıxdı. Əsas heyətində 4 braziliyalı və 3 azərbaycanlının yer aldığı komandada ikinci hissədə daha 3 azərbaycanlı futbolçu meydana çıxdı. Nəticədə bizim çempion UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyada yerli “Şelburn”a 3:0 hesabı ilə qalib gəldi.

“Qarabağ”, necə deyərlər, planlaşdırılmış qələbə qazandı. Qurban Qurbanovun komandası uzun illərdir bu tip rəqiblərlə problem yaşamır. “Qarabağ” dəfələrlə UEFA reytinqində Azərbaycandan daha yüksəkdə qərarlaşan ölkələrin təmsilçilərini məğlub etməyi bacarıb. Bizdən zəif İrlandiya çempionatı təmsilçisinin komandamıza başağrısı ola biləcəyi ehtimalı, əlbəttə ki, böyük deyildi.

“Qarabağ” rahat şəkildə 3 dəfə rəqibini oyuna meydanın mərkəzindən başlamağa məcbur etdi. Bütün yarışlarda 17 qolla ötən mövsümün bombardiri Leandro Andradenin yeni mövsümə də məhsuldar başlaması, oyunun sonlarında gənc istedad Nəriman Axundzadənin də bir qol vurub və digər bir qolun da yaradıcılarından olması müsbət məqamlardandır.

Yeni transferlərdən braziliyalılar Dani Bolt və Pedro Bikalyo da bu oyunda özlərini göstərmək imkanı qazandılar. Onlardan birincisi kobud oyununa görə sarı vərəqə aldı, sonra da əvəz olundu.

Ötən mövsüm əsas qapıçı sayılmayan Fabiyan Buntiç isə qapısını toxunulmaz saxlamaqla, yəqin ki, növbəti şansı da əldə edəcək. Düzdür, rəqib də onu çox narahat etmədi. Bir-iki təhlükəli vəziyyətləri oldu, təşəbbüsü ələ alıb nəsə etməyə çalışdılar, necə deyərlər, diş göstərdilər, amma səviyyə fərqi aşkar idi. Statistika deyir ki, qapı istiqamətində zərbələrdə hesab qonaqların xeyrinə 17-7, künc zərbələrində isə 5-2 kimi qeydə alınıb.

“Qarabağ”ın sürəti bir qədər də artırıb, daha böyük hesabla qələbə qazana biləcəyini deyə bilərik. Amma sürəti artıra bilərdimi? Mövsümün əvvəlində komanda bu tempə hazırdımı? Əgər rəqib daha güclü olsaydı? Əlbəttə suallar var.

“Şelburn”un səviyyəsini, daha doğrusu, zəifliyini göstərən faktlardan biri də heyətində hansısa milli komandanın üzvünün olmamasıdır.

İrlandiyadakı rəqiblərindən birinin prezidenti bizə eksklüziv açıqlamasında “Şelburn”la bağlı daha bir məsələyə aydınlıq gətirib: “İrlandiyada maaşlar həftəlikdir. Əgər onların təxminən 25-26 oyunçudan ibarət heyətinin olduğunu nəzərə alsaq, deyərdim ki, həftəlik ümumi maaşları 38-45 min avro olar. İrlandiya çempionatının hazırkı lideri “Şemrok Rovers”də komandanın ümumi həftəlik qazancı isə təxminən 45-50 min avro təşkil edir”.

Müqayisə üçün deyək ki, "Qarabağ Futbol Klubu"nun 2024-cü ilin maliyə hesabatına əsasən, 35 milyon 613 min manat cəmi əməliyyat xərclərindən 20 milyon 648 min manatı əmək haqqı və mükafat təşkil edib.

İndi də oyunla bağlı sözü verək İrlandiya mətbuatına.

“UEFA reytinqində 65-ci yerdə qərarlaşan və ötən mövsüm Avropa Liqasının əsas mərhələsində çıxış etmiş komandaya qarşı oynamaq asan deyildi”.

“Azərbaycan çempionunun avrokubok təcrübəsi özünü göstərdi – “Şelburn” ilk hissədə uzun müddət rəqibi saxlamaqda çətinlik çəkdi”.

“Kaşuk və Axundzadənin oyunun sonlarında vurduğu qollar “Şelburn” üçün bir qədər ədalətsiz görünə bilərdi, amma eyni zamanda onlar səviyyə fərqini əks etdirirdi”.

“Bu qol Azərbaycan çempionunun son 11 mövsümdə avrokubokların qrup mərhələsində mütəmadi oynamasına imkan verən sürət, hərəkətlilik və dəqiqlik kimi keyfiyyətlərini bir daha nümayiş etdirdi”.

“Şelburn” doğrudan da özü üçün qeyri-adi olan templə üzləşdi”.

“Şelburn” gələn həftə Azərbaycanda möcüzəyə ümid etməlidir”.

“Futbolda az şey “Şelburn”un oyununun sonunda “Qarabağ”dan aldığı zərbə qədər sarsıdıcı ola bilər”.

Bəli, “Qarabağ”ın “Şelburn”la evdəki oyunda da sərfəli nəticə əldə edib, mübarizəni 3-cü təsnifat məsələsində davam etdirəcəyi şübhə doğurmur. Orada isə rəqib daha ciddi və eyni zamanda, köhnə tanış ola bilər. “Qarabağ”ın bu ilin yanvarında UEFA Avropa Liqası çərçivəsində evdə iki dəfə hesabda öndə olmasına rəğmən, 2:3 uduzduğu FCSB - ardıcıl ikinci mövsüm Rumıniyada çempionluğu qazanmış komanda...

Rasim MÖVSÜMOV
idman icmalçısı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri