Icma.az
close
up
RU
Qələbədə Bakı misilsiz rol oynadı, amma ad verilmədi

Qələbədə Bakı misilsiz rol oynadı, amma ad verilmədi

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün dünya tarixinin ən ağır və qanlı müharibələrindən biri olan İkinci Dünya Müharibəsinin (1939-1945) başa çatmasından 80 il ötür. 9 may bəşər tarixinə faşizm üzərində Qələbə günü kimi düşüb. Bu müharibədə Azərbaycanın oynadığı rol misilsizdir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, Azərbaycan öz nefti, qəhrəman əsgərləri və hərbi təchizatı ilə müharibədə qələbənin əldə olunmasında həlledici rol oynayıb: “Avtomobil, tank, təyyarə və gəmilərin yanacaq təchizatı böyük miqdarda neft tələb edirdi. Sovet ordusu üçün bu tələbatı əsasən Bakı qarşılayırdı. Bakı neftinin təmin etdiyi yanacaq müharibənin müxtəlif cəbhələrində sovet ordusuna həlledici üstünlük qazandırdı. Təsadüfi deyildir ki, faşist Almaniyası Azərbaycanı məhz neftinə görə işğal etmək üçün xüsusi plan hazırlamışdı. Azərbaycan müharibəyə 700 minə yaxın əsgər göndərmiş, onların çoxu döyüş meydanlarında canlarından keçib. Azərbaycanın İkinci Dünya müharibəsindəki rolu tarixi və mənəvi baxımdan çox böyükdür. Bu müharibə Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Yusif Sadıqov və yüzlərlə belə əfsanəvi Azərbaycan qəhrəmanlarını dünyaya tanıtdı. Azərbaycan elmi və səhiyyəsindən tutmuş mədəniyyətinə kimi cəmiyyətin bütün sahələri müharibədə qələbənin təmin olunmasına əvəzsiz töhfə vermişdir. Bu illər Azərbaycan xalqı əsl birlik, dözümlülük və vətənpərvərlik nümayiş etdirmişdi. Azərbaycanın qələbədə bu qədər xidməti olmasına baxmayaraq, çox təəssüf ki, qələbədən sonrakı dövrdə Bakıya "Qəhrəman şəhər" adı verilmədi. Azərbaycan bütövlükdə müharibədəki uğurlarına görə heç bir dəyər sahibi olmadı. Bu, təbii ki, imperiyanın əsl mahiyyətindən irəli gəlirdi”.

Deputat onu da əlavə edib ki, ancaq dözümlülük, bütövlük, cəsarət, birlik kimi keyfiyyətlər Azərbaycan xalqına xas olduğu üçün müstəqillik dövründə işğal olunmuş torpaqlarımız xalqımızın gücü və əzmi ilə düşməndən azad edildi: “Müharibələr tarixinə yeni imza atıldı”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri