Icma.az
close
up
RU
Qələbədən iki saat sonra...

Qələbədən iki saat sonra...

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətən üçün özünü qurban vermək, onun yolunda qəhrəmanlıq göstərmək, döyüşmək, düşmənə qarşı mübarizə aparmaq hünər, mərdlik işi olmaqla yanaşı, həm də doğma yurda, Vətənə sevgi hisslərini özündə cəm edən böyük ürək tələb edir. Qanı, canı bahasına tarix yazan ər qeyrətli, hünərli igidlərimiz Vətən sevgisini içində daşıdığı o böyük ürəkləri ilə Qarabağımızı xilas etdilər. Biz o oğullarımızın qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində haqq savaşını zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan ərənlərimiz qanları ilə tarix yazaraq öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar.

Belə qəhrəman, qorxmaz, vətənpərvər oğullarımızdan biri də şəhid Fərhadov Cəlaləddin Elxan oğludur. Cəlaləddin 1 may 2001-ci il tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. 16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb, müxtəlif işlərdə çalışıb.

Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xovavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cəlaləddin Fərhadov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəlaləddin Fərhadov 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin bacısı Arzu xanım qardaşı haqqında fikirlərini bölüşür, onun şərəfli döyüş yolundan danışır: "Cəlaləddin mənə həm qardaş, həm də ata olub. Baxmayaraq ki, məndən 3 yaş balaca idi. Biz bacımla tələbə idik və atamız rəhmətə getdikdən sonra anamla qardaşım işləyib bizi oxudublar. Aramızda ən savadlı o idi, amma həm bir az dəcəlliyinə, həm də evin məsuliyyətinə görə oxumadı. Anam deyir ki, "Sizi oxutdum, amma onun üçün heç nə edə bilmədim...”

Aysel deyir ki, Cəlaləddin çox mehriban, zarafatcıl və kini olmayan biri idi:"Bizə güldən ağır söz deməzdi. Lakin bir o, qədər də qəmli idi. Ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Bəlkə də ona görə tez böyüdü. Yaşından böyük düşünürdü. Bu xasiyyətinə görə böyüklərin hörmətini qazanmışdı. 60-70 yaşında dostları vardı".
Şəhidin bacısı deyir ki, son günə qədər qardaşının ön cəbhədə olduğunu bilməyiblər:"Hərbi xidmətdə olanda bizə heç vaxt deməmişdi. Təkcə dayımgil onun qabaqda olduğunu bilirdi. Həmişə danışanda bizi arxayın edirdi. Deyirdi ki, "Mən arxadayam, narahat olmayın hər şey yaxşıdı, ac qalmıram. Gələndə sizə çox şey danışacağam. Çox həvəsli idi, qorxusu yox idi, vuruşmaq istəyirdi. Hətta bir dəfə Cəlaləddin komandirini yanan tankdan çıxarmışdı. Şuşada olanda yoldaşları ondan yaşca böyük könüllü əsgərlər idi. Aralarında ən kiçik qardaşım olub. Sonuncu dəfə bizimlə şəhid olmamışdan 15 gün əvvəl danışmışdı. Dedi, "Yaxşıyam, bizim üçün dua edin”. Yoldaşları bizə dedi ki, 4 gün ac qalıb və Şuşanın alınmasından bir gün öncə axşama mürəbbə saxlayıbmış. Səhərə yaxın yoldaşlarına "bu gün şəhid verəcəyik" deyib...

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri