"Şagirdin sayı azaldılsın” Deputat
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kənd təsərrüfatı ağır, çətin, qiymətli sahədir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında, insanların iş yerinin yaradılmasında, eləcə də məşğulluğun təmin olunmasında bu sahə vacib hesab olunur. Prezident də artıq son illərdə sözügedən istiqamətin inkişafına xüsusi önəm verir”.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
“Mayın 26-sında qəbul edilən Azərbaycan kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün dövlət proqramında qarşıya çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrin bilavasitə istiqaməti ölkədə ərzaq bolluğunun yaradılmasına istiqamətləndirilib.
Əlbəttə ki, biz bunu müəyyən dövlət dəstəyinin artırılması, bura əlavə maliyyə resurslarının cəlb olunması ilə həyata keçirə bilərik ki, bu ildə əvvəlki illərlə müqayisədə 153 milyon manat kənd təsərrüfatı xərcləri artırılıb. Bu, çox yaxşı bir rəqəmdir və ölkədə aqrar sektorun inkişafına töhfələrini verəcək”.
Deputat qeyd edib ki, kənd təsərrüfatı məhsullarına 10 faizlik vergi ödənişləri tətbiq olunacaq:
“Bu, fermerlərin inkişafı, kənd təsərrüfatının inkişafı üçün müəyyən çətinliklər yarada bilər, çünki texniki xidmətlər, yanacaq qiymətləri bahalaşıb, belə bir vaxtda verginin tətbiq olunması gələcək üçün çətinliklər yarada bilər. Bunun müddətinin uzadılmasını mən bir vətəndaş kimi, bir deputat kimi təklif edərdim. Çünki çox sağ olsun ölkə rəhbəri və müvafiq orqanlar ki, uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmayıb və sahibkarlar müəyyən qədər ayaq üstə dura biliblər”.
T.Rzayev daha bir təklif irəli sürüb:
“Bizdə doğum illəri üzrə göstəricilər azalır, məktəblərdə siniflər bağlanır və müəllimlər işsiz qalırlar. Bununla paralel olaraq, bəzi siniflərdə çox sayda şagird təhsil alır. Bir sinifdə 35-40 nəfər şagird olur. Gələcəkdə siniflərin bölünməsi həyata keçirilsin. Bir sinifdə 18 nəfər şagird oxusun. Beləliklə, həm müəllimlər işlə təmin oluna bilər, həm də uşaqlar daha keyfiyyətli təhsil ala bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















