Icma.az
close
up
RU
Qələmlə savaş fədakarlığı

Qələmlə savaş fədakarlığı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Fazil Güney – 80

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güneyin 80 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda mərasim düzənlənib.

Məclisi AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq, yubilyarın tərcümeyi-halı, ictimai fəaliyyəti və yaradıcılıq yolundan danışdı və ona Mətbuat Şurasının yubiley diplomunu təqdim etdi.

Məclisin aparıcısı – “Xalq qəzeti” baş redaktorunun müavini, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu Fazil Güneyin şərqşünas, yazıçı, media təşkilatçısı, həssas insan və ziyalı kimi keyfiyyətlərini sadaladı və yubilyara təbriklərini çatdırmaq üçün sözü iştirakçılara verdi.

Görkəmli şərqşünas, ictimai xadim, filologiya elmləri doktoru Tofiq Məlikli Fazil Güneyi gənclik, tələbəlik dostu və qələmdaşı kimi xarakterizə etdi. Onun çalışqanlığı, ictimai fəallığı, milli ruh və ana dilinin saflığı uğrunda çabaları barədə danışdı və yazıçının bir-birindən sanballı əsərlərinin ideya məzmununu təhlil etdi. Yazıçının “Qara qan”ını fundamental bir nəşr nümunəsi kimi dəyərləndirdi və çağdaş Qarabağnamə olduğunu söylədi.

Xalq şairi Sabir Rüstəmxanlı yubilyara – vaxtilə universitetin şərqşünaslıq fakültəsində cəmi bir semestr birlikdə oxusa da, bir ömür dostluq etdiyi gözəl ziyalı şəxsiyyətə xoş arzularını çatdırdı. Vətəndaş həmrəyliyini özünün əsas məslək yolu sayan Fazil Güneyin Xalq yazıçısı Süleyman Rəhimovun “Şamo”sundan sonra ən boyük roman olan “Qara qan”ını və digər əsərlərini dəyərləndirdi.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, tanınmış yazıçı-publisist Seyran Səxavət, Beynəlxalq Avropa Psixiatriya Assosiasiyasının, Psixoterapiya və Davranış Təbabəti Akademiyasının (ABŞ) Məsləhət Şurasının üzvü, professor Nadir İsmayılov, Slavyan Universitetinin professoru, tanınmış tərcüməçi Flora Naci, tanınmış hüquqşünas Adil Minbaşı, şair-publisist Nazim Əhmədli, yazıçının həmyerlisi Sahib Səfərov və başqaları Fazil Güney yaradıcılığının məziyyətlərini yüksək qiymətləndirdilər, onu obrazlı şəkildə “nəsrimizin güney yeri” kimi təqdim etdilər.

Qeyd olundu ki, Azərbaycanın tanınmış qələm sahiblərindən olan Fazil Güney bir vaxtlar Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi olduğu illərdən milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. Zəngin biliyi, təcrübəsi, vətənpərvərliyi sayəsində dolğun, bitkin əsərlər yaradıb.

O da bildirildi ki, ömrünün 80-ci onilliyində də maraqlı bədii və araşdırma yazıları ilə gündəmdədir. Yazıçının Qarabağ münaqişəsindən bəhs edən “Qara qan” tarixi roman-trilogiyasının yenilənmiş 5-ci nəşri ədəbi aləmdə hadisəyə çevrilib.

Zəngin tərcümeyi-halı olan Fazil Güneyin jurnalistlik fəaliyyəti də əsl örnəkdir. O, 1991-ci ilin əvvəlində yaradılan “Assa-İradə” adlı ilk Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktoru kimi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb. İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Jurnalistlər Assosiasiyasının sədri kimi də imkanlarından istifadə edərək, Azərbaycanın haqq işi dəstəkçilərinin sayının artmasına çalışıb, əcnəbi həmkarlarını Qarabağ haqqında dəyərli kitablar yazmağa yönləndirib.

Mərasimdə söylənilənlər bir daha göstərdi ki, ictimai və təşkilati işləri ilə bərabər, Fazil Güney fasiləsiz olaraq ədəbi fəaliyyətini davam etdirib və milli-mənəvi dəyərlər baxımından sanballı əsərlər yaradıb. Yubiley mərasimində onun özünəməxsus yaradıcılıq üslubunun “Ulduz sövdəsi” pamfletlər toplusunda, hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabında da təzahür etdiyi diqqətə çatdırıldı.

Sonda Fazil Güney yubiley mərasiminin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri