Icma.az
close
up
RU
Qələmlə yazılan tarix: “İstiqlal” qəzetinin izləri

Qələmlə yazılan tarix: “İstiqlal” qəzetinin izləri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. "Əkinçi"  qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə ana dilində cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı iki yüzdən çox idi. Dövrü mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydan ilə bağlı idi.

Əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. 1918-1920-ci illərdə çap olunan çeşidli mətbu orqanlar arasında daha geniş oxucu auditoriyasına Azərbaycan Cümhuriyyətinin fəaliyyəti ilə bağlı mətbu orqanlar malik idilər. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar. Belə nəşrlərdən biri də "İstiqlal" idi. 

Mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı elmi araşdırmalarında bildirib ki, "İstiqlal" qəzetinin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. A.Aşırlı diqqətə çatdırıb ki, "İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri M.Ə.Rəsulzadənin ilk nömrədə çap olunan baş məqaləsində geniş şərh olunub: "İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal" nəşrə başlayır".

Qəzetin epiqrafı üçün böyük türk şairi Tofiq Fikrətin "Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol" misraları seçilib. "Turan" mətbəəsində çap olunan "İstiqlal"ın əsas müəllifləri dövlət müstəqilliyini təbliğ edən, bu yolda yorulmadan qələm mübarizəsi aparan istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli "İstiqlal"ın əsas yaradıcı sütunlarını təşkil edirdi. Qəzetin "Firqə həyatı" rubrikası altında Bakı və ətraf rayonlarda "Müsavat" Partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, fikir çəkişmələri, hakimiyyət uğrunda ideoloji savaş da  qəzetin səhifələrində yer alır, siyasi polemikalara meydan verilirdi. Cümhuriyyət parlamentinin ən böyük fraksiyaları olan, siyasi baxımdan bir-birinə zidd mübarizə aparan "Müsavat" Partiyası ilə "İttihad" arasında fikir ixtilafları da "İstiqlal"ın səhifələrində aparılıb. Bədii ədəbiyyata da önəm verən "İstiqlal" qəzeti Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığını da səxavətlə çap edirdi. 

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dossenti, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Qərənfil Dünyaminqızı deyib ki, "İstiqlal" qəzetinin 1920-ci il aprelin 20-də sonuncu, 42-ci sayı nəşr edilib. Alim nəzərə çatdırıb ki, cəmi 42 sayı işıq üzü görən qəzet Məhəmməd Əmin Rəsulzadənin və Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə fəaliyyət göstərib:

"Onların adları redaktor kimi yazılmasa da, qəzetin səhifələri, oradakı siyasi-publisistik məqalələrlə tanış olarkən aydın görünür ki, "İstiqlal"ın yaranmasında və faəliyyətində M.Ə.Rəsulzadə və M.B.Məmmədzadənin çox böyük rolu olub. "İstiqlal" qəzeti görkəmli şair Tofiq Fikrətin məşhur "Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!" beyti ilə çıxırdı. Novruz mətbəəsində çapa başlayan qəzetdə daha çox M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin imzalarına rast gəlinir. Xüsusən həmin imzalarla verilən elmi-siyasi və publisistik məqalələr diqqəti cəlb edir. İstiqlalımızı qoruyub saxlamaq, yaşatmaq, dünyaya bəyan etmək mövzusunda çoxsaylı məqalələr qəzetdə dərc olunub. 1919-cu ilin mayın 28-də M.Ə.Rəsulzadə və digər yazarlar "İstiqlal"da bayram münasibəti ilə məqalələrlə çıxış ediblər".

Q.Dünyaminqızı əlavə edib ki, qəzetdə siyasi məzmunlu məqalələr üstünlük təşkil edirdi. Xüsusən, şimal qonşumuzla bağlı materiallar, Rusiyanın ilk günlərdə istiqlalımızı tanımaq istəməməsi, boğmağa, məhv etməyə çalışması, yerli bolşeviklərlə əlbir olaraq Cümhuriyyəti süquta uğratmaq məqsədi ilə törədilən təxribatlar, nümayişlər, leqal və qeyri-leqal şəkildə çıxarılan qəzetlər, jurnallar haqda "İstiqlal"da məqalələr dərc olunur, məlumatlar verilirdi: ""İstiqlal" qəzeti bölgədə olan ziddiyyətlərdə, xüsusən azərbaycanlılar və ermənilər arasındakı münasibətlərin pisləşməsində Rusiyanın rolunu qeyd edirdi. Bu mövzuda olan yazıların əksəriyyəti M.Ə.Rəsulzadəyə və M.B.Məmmədzadəyə aiddir.

Məsələn, M.B.Məmmədzadənin bu movzuda bir neçə məqaləsinin adını çəkə bilərik. "İstiqlalımız və istiqbalımız", "Cəbhə və arxa qüvvələr", "Azərbaycan və İran", "Əhd ediyoram", "Haqq təşkilatları", "Siyasi əhvalat", "Azərbaycan və Türkiyə", "Mart günləri" və ən əsası "Bizdə sinif mübarizəsi", "Dostlarımız və düşmənlərimiz" adlı məqalələri göstərə bilərik. "İstiqlal"da Əhməd Cavadın, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Ümmügülsüm Sadıqzadənin, Əli Yusifin bayrağımıza, millu ordumuza, istiqlalımıza həsr edilmiş şeirləri də dərc olunurdu. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, dünyada tanıdılması, təbliğatı aparıcı mövzulardan idi. Qəzetdə az da olsa satirik məqalələr gözə dəyirdi. "Ağcaqanad" satirik imzası ilə verilən felyetonlar dövrün çatışmazlıqlarını ustalıqla təhlil edirdi". 

İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri