Icma.az
close
up
RU
Qələmlə şəhid olmaq!

Qələmlə şəhid olmaq!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Salatın Əsgərovanın vəfatından 35 il ötür

20-ci əsrin sonlarında Azərbaycanın taleyinin sınağa çəkildiyi bir dövrdə Salatın Əsgərova informasiya cəbhəsində döyüşən bir əsgər idi. Silahsız, amma qələmi ilə. Bu qələm bəzən silahdan daha təsirli, daha təhlükəli idi. Qarabağ hadisələri zamanı yazdığı reportajlar sadəcə xəbərlər deyildi, onlar vicdana ünvanlanmış çağırışlar idi. O yazılarda ağrı vardı, qəzəb vardı, amma ən çox da həqiqət vardı. Həqiqət isə çox vaxt risklidir...

Qələbə hər bir xalqın vahid hədəf uğrunda mübarizəsi zamanı qazanılır. Bu mənada, vətəndaşların öz fəaliyyət sahəsində xalqının, dövlətinin maraqlarını qoruması, bu uğurda bütün gücünü səfərbər etməsi, hətta can verməsi qalibiyyətin ən ümdə şərtlərindəndir. Tarix boyu ermənilərin Azərbaycana qarşı əsassız iddiaları, sonradan hərbi təcavüzü xalqımızı bir nəfər kimi mübarizəyə köklədi. Hər kəs öz sahəsində Vətənin azadlığı, Azərbaycan həqiqətlərinin yayılması uğrunda döyüşə atıldı. Bu mübarizənin önündə isə əli silahlı əsgərlərimizlə yanaşı, əli qələmli jurnalistlərimiz də döyüşürdü.

Salatın Əsgərova tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları, yaxınları ondan bərk nigaran qalar, döyüş bölgəsinə getməyinə mane olmağa çalışardı, lakin bu cəhdlər heç bir nəticə verməzdi. Çünki Salatın Əsgərovanı cəbhə xəttinə çağıran səs daha qüvvətli idi. Bu, darda qalan, övladlarının sevgi və fədakarlığına ehtiyac duyan Vətənin səsi idi...

Peşəsinə sadiq qorxmaz qadın!

Onun köksündə Vətən sevgisi ilə dolu bir ürək döyünürdü, buna görə də o səsə biganə qala bilməzdi. Ailəli idi, bir oğlu vardı, hər gün öpüb-qucaqlayıb bağrına basdığı, həyatının anlamı bildiyi övladı üçün canını qurban verərdi. Amma o, övladını azad və xoşbəxt vətəndə böyütmək istəyirdi. Buna görə də Qarabağda gedən gərgin döyüşləri aləmə hayqırmaq, səsini hamıya çatdırmaq üçün cəbhə bölgəsinə gedirdi. Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrətlə dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları düşmənin qəlbinə ox kimi sancılırdı...

Sonuncu reportaj...

Onun fəaliyyətindən söz açmağımız əbəs deyil, çünki bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.

S.Əsgərovanın müharibənin qaynar nöqtələrindən hazırladığı reportajlar geniş oxucu kütləsi qazanmışdı. O, öz imzası ilə tanınır və sevilirdi. Amma... 1991-ci il yanvarın 9-da yenə səfərə yola düşdü. Növbəti reportajını hazırlamaq, həqiqəti çatdırmaq, Vətənə heç olmasa qələmi ilə yardım etmək üçün. Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyində - Qaladərəsi kəndi yaxınlığında düşmən onun olduğu maşını yaxın məsafədən atəşə tutdu, Salatın Əsgərova elə hadisə yerindəcə həlak oldu.

Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır.

O, haqqın tərəfində idi...

Onun jurnalistikasını fərqləndirən əsas cəhət tərəfsizliyin arxasında gizlənən laqeydlikdən uzaq olması idi. Salatın Əsgərova tərəfsiz deyildi, o, haqqın tərəfində idi. Bu isə klassik jurnalistika qaydalarından daha yüksək, daha mənəvi bir mövqedir. Çünki bəzi tarixi anlarda susmaq da tərəf olmaq deməkdir.

Salatın Əsgərovanın şəhidliyi onu zamanın fövqünə qaldırdı. O, həyatını itirmədi, həyatını mənalandırdı. Bu gün adı çəkiləndə yalnız faciə yox, həm də nümunə xatırlanır. Salatın Əsgərova gənc jurnalistlər üçün bu peşənin məsuliyyətli tərəfinin simvoludur!

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri