Icma.az
close
up
RU
Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib FOTO

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib FOTO

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Bakıda Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş qadınlararası beynəlxalq şahmat turniri keçirilib.

Apasport.az xəbər verir ki, bu gün yarışın bağlanış mərasimi baş tutub. 

Tədbir “Landmark Hotel”də keçirilib. Mərasimə şahmat nümayəndələri, federasiya rəsmiləri və iştirakçıların ailə üzvləri qatılıblar.

Tədbirdə Vüsalə Mahirqızı, Məlahət İbrahimqızı, Arzu Nağıyev, Faiq Həsənov və Kəmalə Paşayeva çıxış ediblər. Onlar Qənirə Paşayevanın xatirəsini yad ediblər.

Mərasimdə Məlahət İbrahimqızı tərəfindən gələcəkdə “Qənirə Paşayeva Fondu”nun yaradılması təklifi irəli sürülüb.

Çıxış üçün söz Milli Məclisin deputatı Arzu Nağıyevə verilib: “Açılış mərasimində Qənirə xanım haqqında bir çox mövzulara toxunmuşuq. Müxtəlif turnirlərdə Qənirə xanım iştirak edərdi, təşkilatçılığı öz üzərinə götürərdi. Tovuzlular üçün nə dərəcədə önəmli biri olduğu danılmaz faktdır. Yarış fondu 30 min manat idi, turnirdə 5 ölkədən 10 nəfər, 1-15 reytinqdəkilər iştirak edirdilər. Bu turnir məhz Qənirə xanımın 50 illiyinə həsr olunub. Bütün hər kəs 4 gün ərzində səbrlə öz üzərlərinə düşən bütün işlərini yerinə yetirdilər. Vüsalə Mahirqızı başda olmaqla, əziz dostlarıma təşəkkürlərimi bildirirəm”.

Ardınca səhnəyə Kəmalə Paşayevaya çıxıb: “Mənim üçün Qənirə xanım sevdası olan qadın idi. Onun sevdası Azərbaycan, Azərbaycan xalqı idi. O, insanların xoşbəxt olmasını, rahat yaşamasını istəyirdi. Qənirə xanımın tək qayəsi türk qadınlarının güclü olması idi. Çünki o, inanırdı ki, bir toplumun, ictimaiyyətin inkişafı üçün qadınlar önəmli rol oynayır. Qənirə xanımın fəailiyyətlərinə baxsanız onun nələr etdiyini görə bilərsiniz. Onu gürcü şahmatçıya bənzədirdilər. O şahmatı çox sevirdi. Qarşıdan gələn 8 mart münasibətilə bütün qadınların gülməsini arzu edirəm. Çünki qadın gülərsə, bütün dünya gülər”.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edib: “Tarixi bir bağlanış mərasimində iştirak edirik. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq. Öz adımdan şahmat federasiyasına təşəkkür edirəm. 10 iştirakçıdan 8-i qrossmeyster, 2-si ustalığa namizəddir. Turnirdə iştirak edən azərbaycanlılar həm gümüş, həm də bürünc medal qazanıb”.

Turnirdə 5 ölkədən 10 qrossmeyster iştirak edib. Azərbaycan şahmatçıları ilə yanaşı Qazaxıstan, Özbəkistan, Türkiyə və Bolqarıstan təmsilçiləri də iştirak ediblər.

Yarışın qalibi Nürgül Səlimova olub. Bolqarıstan təmsilçisi 25 xalla bütün rəqiblərini qabaqlayıb. Onu Xanım Balacayeva (22 xal) və Gövhər Beydullayeva (20 xal) izləyiblər

Dörd şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub Eltac Səfərli İndoneziyada çempion oldu Rəsulov erməni rəqibini də məğlub etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Mart 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri