Icma.az
close
up
RU
Bu platforma Azərbaycanı prosesləri yönləndirən əsas regional aktora çevirir POLİTOLOQ ŞƏRH ETDİ

Bu platforma Azərbaycanı prosesləri yönləndirən əsas regional aktora çevirir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi təkcə mühüm diplomatik addım deyil, həm də regionda ölkəmizin nüfuzunun institusional şəkildə tanınmasıdır. Bu qərar Azərbaycanın artıq prosesləri “kənardan izləyən” yox, birbaşa “formalaşdıran və yönəldən” dövlət statusuna yüksəldiyini göstərir. Mərkəzi Asiya kimi geostrateji ərazinin kollektiv qərar mexanizminə daxil olmaq Bakının regional siyasətdə təsir radiusunu ciddi şəkildə genişləndirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu format çərçivəsində Orta Dəhlizin inkişafı, yeni logistika qovşaqları, enerji marşrutlarının genişləndirilməsi kimi kritik məsələlərdə Azərbaycanın səsi artıq sadəcə bir təklif deyil, qərarverici mövqedir: "Azərbaycanın coğrafi mövqeyinin, nəqliyyat infrastrukturunun və tranzit imkanlarının genişlənməsi kollektiv regional strategiyanın əsas dayaqlarından birinə çevrilir. Nəticədə Bakı təkcə Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş yox, regionlararası tranzit və enerji siyasətinin əsas mərkəzi kimi qəbul olunur. İqtisadi tərəfdən bu platforma Azərbaycan üçün iki mühüm üstünlük yaradır. Birincisi, Mərkəzi Asiya ölkələri ilə ticarət, investisiya və sənaye əməkdaşlığı daha sistemli, koordinasiyalı və çevik formaya keçir. İkincisi, Bakı bu qərarların qəbulunda birbaşa iştirak etdiyi üçün qarşılıqlı layihələrin prioritetləşdirilməsində aktiv rol oynayır. Bu, həm ölkəmizin ixrac imkanlarını artırır, həm də Mərkəzi Asiya kapitalının Azərbaycana axınını stimullaşdırır. Azərbaycanın tamhüquqlu iştirakı regionda sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi, enerji təchizatının davamlılığı və transregional sabitlik mexanizmlərinin gücləndirilməsi deməkdir. Bakı burada həm də türkdilli dövlətlərin kollektiv siyasi xəttinin sabitləşdirilməsində mühüm rol oynayır. Azərbaycanın diplomatik təcrübəsi, hərbi-siyasi imkanları və təhlükəsizlik sahəsindəki institusional əməkdaşlıq potensialı Mərkəzi Asiya üçün əlavə dəyər yaradır.

Bu inteqrasiya həm də geniş coğrafiyada yeni geoiqtisadi məkana yol açır. Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha maneəsiz çıxış, Mərkəzi Asiya üçün isə Azərbaycan vasitəsilə Qərbə, xüsusilə də Avropa bazarlarına inteqrasiya imkanları formalaşır. Bakı Xəzər hövzəsi ilə Avrasiya məkanını birləşdirən əsas tranzit aktor kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkəmizi təkcə regiondaxili deyil, həm də bölgələrarası əlaqələrin mərkəzi oyunçusuna çevirir. Bu, həm siyasi, həm iqtisadi, həm də ideoloji baxımdan Azərbaycanın çəkisini artıran yeni mərhələdir. Bu inkişaf modeli praqmatizmə, qarşılıqlı güclənməyə və uzunmüddətli strateji hədəflərə əsaslanan regional əməkdaşlığın modern və effektiv nümunəsi kimi qiymətləndirilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri