Qərarımı vermişəm, onun kimi görünməyəcəyəm
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar artist İlkin Əhmədov Məcnun rolunu artıq ifa edə bilmədiyini deyib.
Milli.Az xəbər verir ki, xanəndə bununla bağlı özünə qadağa qoyduğunu bildirib. O, bu barədə "Qonaqcanlı" proqramında danışaraq obrazın çətinliyindən söz açıb:
"Demişəm ki, 50 yaşımdan sonra Opera və Balet Teatrında bəzi rolları ifa edəcəyəm, bəzilərini isə yox. Məcnun rolunu artıq ifa edə bilmirəm. Bu, asan rol deyil, məsuliyyəti və ağırlığı böyükdür. Hər yaşda, hər kəs bu obrazı oynaya bilməz. Müəyyən vaxta qədər enerjim, gücüm var idi və ifa edirdim. İndi edə bilmirəm. Hazırda Mənsum İbrahimov bu obrazı gənclərdən daha yaxşı ifa edir. Bəziləri özündə bu gücü tapa bilmir, mən də onlardanam. Dörd böyük muğam tamaşasının əsas obrazlarını ifa etmişəm. Məsələn, 50 yaşdan sonra Məcnunun atasını, Kərəmin atasını oynaya bilərəm. Şeyx, müəllim obrazlarını ifa edərəm. Bundan sonra qərarımı vermişəm - Məcnun kimi görünməyəcəyəm". (Axşam.az)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 Aprel 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















