Icma.az
close
up
RU
“Qərb Avropa ilə müharibə başladığını etiraf etməyə qorxur”

“Qərb Avropa ilə müharibə başladığını etiraf etməyə qorxur”

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


“Rusiya Avropada getdikcə daha çox təxribata əl atır, Qərb ölkələrinin infrastrukturuna daha açıq hücumlar həyata keçirir. Bununla belə, Qərb Rusiya prezidenti Putinin hərəkətlərinin əslində açıq müharibə olduğunu birbaşa etiraf etməkdən qorxur”.
Reyting.az
xəbər verir ki, bunu Şotlandiyanın Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Filips Payson yazıb.
Misal kimi keçən ay Estoniyanı Finlandiya ilə birləşdirən “Estlink 2” sualtı elektrik kabelin kəsilməsinə diqqət yönəldilir. “Estlink 2” təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş “Eagle S” neft tankerini ələ keçirib. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, “Eagle S” əslində “Estlink 2” xəttini keçmək üçün lövbərini Baltik dənizinin dibi boyunca “onlarla kilometr” çəkib.
“Aydındır ki, elektrik xətlərinin kəsilməsi Putinin Ukraynada başlatdığı genişmiqyaslı işğaldan daha açıq təcavüzdür. Bununla belə, ümumi mövzu ondan ibarətdir ki, Rusiya tanınmış ölkənin müstəqilliyini və onun müqavimət göstərmək qabiliyyətini pozmaq üçün gücdən istifadə edir”,- professor qeyd edir.
Məqalədə vurğulanır ki, Avropa qitəsində strateji əhəmiyyətli obyektlərdə - sursat fabriklərində, əsas dəmir yolu xətlərində, habelə anbarlarda və ticarət mərkəzlərində çoxsaylı digər təxribat halları da var. Müstəntiqlər hesab edirlər ki, hücumların arxasında Rusiya dayanır. Ekspertin fikrincə, Avropa rəsmiləri baş verənləri etiraf etməkdən qorxur, Moskvanın Ukraynadan kənardakı hərəkətlərini təsvir etmək üçün “müharibə” sözünü işlətməkdən imtina edirlər.
“Müxtəlif evfemizmlər müxtəlif məqsədlərə xidmət edir. Putin ukraynalılara qarşı amansız müharibə apardığını açıq şəkildə etiraf etmək istəmədiyi üçün xüsusi hərbi əməliyyatlara üstünlük verir. Avropada bir çoxları Rusiyanın Ukraynadan kənarda apardığı təxribat kampaniyasını müharibə kimi qələmə verməkdən çəkinir, çünki onlar cavab olaraq heç nə etməməyi üstün tuturlar”, - professor yazıb.
F. Payson qeyd edib ki, Avropa rəsmiləri reallıq və vicdanla üzləşsələr yaxşı olardı: “Putinin aqressivliyi ilə Trampın laqeydliyinin birləşməsi Avropanın özünün müdafiəsi üçün məsuliyyət daşıması üçün bir fürsət olmalıdır. Bu reallaşmada ilk mühüm addım artıq baş verənləri etiraf etmək, müharibəni müharibə adlandırmaqdır”.
ELÇİN

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri