Icma.az
close
up
RU
Qərb brendlərinin zay məhsulları Azərbaycan bazarına necə ayaq açır? Şok faktlar

Qərb brendlərinin zay məhsulları Azərbaycan bazarına necə ayaq açır? Şok faktlar

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son vaxtlar Azərbaycanda qida, şəxsi gigiyena, təmizlik məhsulları, eləcə də dərmanların keyfiyyəti ilə bağlı şikayətlər çoxalıb.

Bakupost.az -a daxil olan növbəti şikayət də elə bu barədədir.

Şikayətçi bildirir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Qərbə məxsus bir çox brendlər Rusiyada müəssisələrini bağlayıb, aktivlərini satıb və bazarını tərk edib:

"Azərbaycana isə qida, şəxsi gigiyena, təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Müharibə başlayandan qlobal brendlərin Rusiyadakı istehsal müəssisələri bağlandığı üçün həmin markadan olan məhsullar Azərbayacana Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı:

"Rusiya və Qərb ölkələri ilə Türkiyə və Asiya ölkələri istehsalının keyfiyyəti tamamilə fərqlidir. Yəni biz eyni qiymətə həmin markaların keyfiyyətsiz məhsullarını almağa başladıq. Qərb ölkələri istehsalı olan markaların məhsullarının daşınma xərcləri müharibə səsəbindən həddən artıq baha idi. Ona görə də həmin brendlərin Türkiyə və Asiya ölkələri istehsalı olan mallarını gətirməyə başladılar. Məsələn, "Nutricia" brendinin Belçika istehsalı olan "Aktivia" və "Danone" yoqurtları müharibədən sonra Moldova istehsalı gəlməyə başladı.

Onların keyfiyyəti bərbaddır, üstəlik qiyməti də artıb.

Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm.

Məsələn, P&G brendinin illərdir Rusiya və Avropa ölkələri istehsalı olan məhsulları gəlirdi. Ancaq son 3 ildir ki, həmin brendin Türkiyə və Asiya ölkələri istehsalı gəlir. Məsələn, "Ariel" yuyucu tozunun əvvəllər Çexiya istehsalı gəlirdisə, artıq Türkiyə istehsalı gəlir. "Fairy" qab şampunu əvvəllər Belarus istehsalı gəlirdi, hazırda Türkiyə istehsalı gəlir. "Comet" markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı onal "Blend-a-med" artıq gəlmir. Onun yerinə Almaniyanın Türkiyə bazarı üçün istehsal olunan "Oral-B" diş məcunları gəlir ki keyfiyyəti çox aşağıdır. "Oral-B"nin diş fırçaları əvvəllər İrlandiya istehsalı gəlirdi, indisə Çin istehsalı gəlir.


"Unilever" brendinin illərdir Rusiya və Avropa ölkələri istehsalı onaln "Clear", "Domestos", "Rexona", "Dove", "Camay", "Lesnoy Balzam", "Çistaya Linya" və s. markaları artıq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı gəlir. "Henkel", "Johnson & Johnson", "Reckitt Benckiser" və digər brendlərdə də eyni vəziyyətdir".

Şikayətçi dərman vasitələrinə ilə bağlı da eyni vəziyyətin hökm sürdüyünü bildirib:

"Məsələn, qrip və soydəyməyə qarşı olan "Johnson & Johnson" brendinə məxsus "Rinza" markası artıq Hindistan istehsalı gəlir və çox keyfiyyətsizdir. Ürək xəstələri üçün əsasən, yaşlı insanların, eləcə də mənim nənəmin illərdir qəbul etdiyi "Stada" brendinə məxsus "Kardio Maqnil" dərmanı əvvəllər Almaniya istehsalı gəlirdisə, indi Rusiya istehsalı gəlir. Ümumiyyətlə "GSK", "Bayer", "Sanofi" və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır. Əvəzində isə ucuz başa gəlsin və daha baha qiymətə sata bilsinlər deyə Türkiyənin "Nobel İlaç", "Vəfa İlaç" və s. dərman şirkətlərinin dərmanları gətirilir.


Məsələn, bakteriyalara qarşı olan GSK brendinə məxsus "Zinnat" dərmanı illərdir satışda yoxdur. Portuqaliya istehsalı olan "Atral" brendinin "NeoChef" dərmanı da illərdir yoxa çıxıb. Bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin "Nobel İlaç" şirkətinin "Meqaçet" dərmanı var. Çox keyfiyyəsizdir. İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn "Natrium xlor" sistemi artıq Türkiyə istehsalı gəlir. Bir neçə ay öncə nənəmin mədəsi ağrıdığı üçün həkimə apardıq. Həkim müayinə etdikdən sonra resept əlində fikirləşirirdi. Elə bildim nənəmdə qorxulu bir xəstəlik var. Soruşduqda həkim bildirdi ki, illərdir yazdığım dərmanların hamısını yığışdırıb Türkiyənin dərmanlarını gətiriblər, ona görə fikirləşirəm ki nə yazım. Yəni həkimlər belə müalicə üçün dərman yazmaqda çətinlik çəkirlər".

Şikayətçi problemlə bağlı Səhiyyə Nazirliyinin Qaynar xəttinə şikayət etdiyini də bildirib:

"Oradan bildirirlər ki, biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb uyğunluq sertifikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir. Hansı dərmanı gətirmək məsələsində tədarükçülər sərbəstdirlər".

İki ay öncə asma xəstələri də illərdir aldıqları Avropa ölkələri istehsalı olan dərmanların tapılmadığını, əvəzində baha qiymətə Türkiyə istehsalı olan dərmanları aldıqlarını və onların keyfiyyətsiz olduğu barədə telekanallardan birinə şikayət etmişdilər. Məsələ ilə bağlı telekanal həm TƏBİB, həm də Səhiyyə Nazirliyinə sorğu göndərmişdi. TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, onlar ölkəyə dərman idxalı ilə məşğul olmur. Səhiyyə Nazirliyindən isə elə mənə verdikləri cavabı vermişdilər. Məsələnin kökündə isə o dayanır ki, bizdə digər ölkələrdən fərq li olaraq, qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur. Olanların da harda yerləşdiyini, əlaqə nömrəsini heç kəs bilmir. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirəm ki, bu sahə ilə bağlı bizdə də qanun mexanizmi yaradılar".

Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri