Icma.az
close
up
RU
Qərb dövlətləri İranı Yaxın Şərqdəki problem kimi yox, Avropa məkanında real təhlükə kimi görməyə başlayıb

Qərb dövlətləri İranı Yaxın Şərqdəki problem kimi yox, Avropa məkanında real təhlükə kimi görməyə başlayıb

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Britaniya parlamentində İran dronlarının sərgilənməsi, dronlar haqqında və onun təhlükələri haqqında danışılmasını İrana qarşı müdafiə və ya sanksiya planlarının hazırlığına bir işarə kimi qəbul edə bilərik. Bu, ciddi bir işarədir. Britaniya parlamentində İran istehsalı Shahed 136 dronun sərgilənməsi, konkret olaraq siyasi siqnalla yanaşı, həm də praktik hazırlıq mərhələsi kimi də dəyərləndirilə bilər. Nəzərə almaq lazımdır ki, bu sərginin təşkil olunmasında İranın nüvə silahlanmasına qarşı Birlik təşkilatı “United Aganist” Nuclear İran təşkilatı da iştirak etdi”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sərgiyə Polşadan, Ukraynadan, Amerikadan və İngiltərədən nümayəndələrin qatılması bunun nə qədər ciddi olduğunu göstərir.

Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, “Shahed-136” dronları bu günlər ən təhlükəli dronlardan biri hesab olunur, çünki onun İran tərəfindən Rusiyaya verilməsi və Rusiyada onun kütləvi istehsalına başlanılması məsələsi vardı: “İranın “Shahed-136” dronları Tatarıstanda istehsal olunur və onun həm də partlayıcı daşıma qabiliyyəti artırılıb, həm də onun diqqəti çoxaldılıb. Dronlar GPS vasitəsilə hədəflərə doğru yönləndirilir. Son aylar Rusiya artıq Avropanın bir sıra ölkələrinə bu dronları göndərir. Sözsüz ki, Avropanın şərq sərhədləri ciddi təhdid altındadır. Bu da onu deməyə əsas verir ki, Rusiya bir yoxlama fəaliyyətləri aparır. Eyni zamanda da başqa dronlarla casusluq fəaliyyəti sərhədlərdə aparır. Ona görə də, bu tədbirin Britaniya parlamentində keçirilməsi ciddi mesajları özündə ehtiva edir. Britaniya hökuməti və NATO üzvlərinin dəstəyi ilə belə bir sərginin keçirilməsi burada İranın Rusiya ilə hərbi əməkdaşlığının birbaşa Avropa təhlükəsizliyinə təhdid kimi təqdim olunması məsələsi artıq gündəmə gəlir. Bu da o deməkdir ki, Qərb dövlətləri indi İrana Yaxın Şərq və Şərqdəki problem kimi yox, Avropa məkanında real təhlükə kimi görməyə başlayıb.

Nəzərə alsaq ki, bu gün İranda bu məsələ mediaya çıxarılır ki, İran ballistik raketlərinin sınaqlarına çalışırlar. Məqsəd uzun mənzilli ballistik raketlər istehsal etməkdir və bunun məsafəsini artırmaqdır. Əvvəllər deyirdilər ki, "biz Avropanı nəzərə alaraq 2500 kilometr məsafəyə gedib çata biləcək raketlər hazırlayırıq və onun daha uzun mənzilli olmasını düşünmürük". Amma indi söhbətlər bundan ibarətdir ki, artıq o məsafədən söhbət getmir. Məhdudiyyətsiz ballistik raketləri hazırlama məsələsində maraqlıdırlar və çalışırlar ki, o işləri görsünlər. Və elə buna görə də Benyamin Netanyahu çıxışında vurğuladı ki, "İran bununla ballistik raketlərinin mənzillərini artırmaq istəyir. Hədəf 8000-13000 arası kilometrədir". Bu da birbaşa həm Avropanı, həm də Amerika dövlətini təhdid etmə siyasətindən irəli gəlir”.

Siyasi şərhçi bildirib ki, bu sərgidə Polşanın xarici işlər naziri iştirak edir və bu, heç də təsadüfi deyil: “Son həftələr içində Rusiya dronları Polşa hava məkanına daxil olub, bu da NATO-nun dördüncü maddəsini işə salmağa səbəbiyyət verən bir amildir. Bu dronun nümayişi İran-Rusiya dron alyansına qarşı ortaq müdafiə tədbirinin görülməsini gündəmə gətirir”.

Sadiq İsabəylinin fikrincə, artıq təhlükə Avropanın qulağının dibindədir və Britaniyada keçirilən bu təqdimat həm də NATO səviyyəsində hərbi-siyasi reaksiya üçün bir hazırlıq siqnalıdır: “Bu, çox ciddi bir tədbir kimi dəyərləndirilə bilər. Burada İrana qarşı sanksiyaların tətbiq olunması məsələsi gündəmə gələcək. Avropanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı yeni tədbirlərin görülməsi məsələsini daha da ciddi şəkildə gündəmə gətirəcək. Yəni heç də təsadüfi deyil ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bir neçə ay öncə öz çıxışında dedi ki, Avropa İttifaqının müdafiə büdcəsi üçün 800 milyard avro dəyərində bir plan nəzərdə tutulur və bunun reallaşması üçün Avropa Birliyinə daxil olan ölkələr, ümumdaxili məhsullarının hardasa iki faizə yaxını bu məsələyə sərf etməlidirlər”.

Sadiq İsabəyli qeyd edib ki, Avropanın yenidən silahlandırılması məsələsi həm müdafiəsi üçün, həm də onun dayanıqlı təhlükəsizliyi baxımından bu həcmdə bir müdafiə xərcindən söhbət gedir: “Bu plana üzv ölkələr həm də Ukraynanın Rusiya ilə savaşda dəstəklənməsinin önəmini gündəmə gətirir. Çünki Avropa Komissiyasının açıqlamasına görə, ölkələr ciddi şəkildə öhdəlik götürməlidirlər. Bu öhdəlik əsasında artıq Avropanın müdafiə sisteminin gücləndirilməsi, hava və raket müdafiə sistemləri və sursatların istehsalı, pilotsuz uçuş aparatlarının istehsalının artırılması, Rusiyadan İran dronlarının məhvinə yönəlik və yaxud onun əleyhinə yönəlik sistemlərin inkişaf etdirilməsi və yaxud genişləndirilməsi önəmlidir”.

Siyasi şərhçi hesab edir ki, bu sərgidə İranın “Shahed-136”dronunun sərgilənməsi çox ciddi bir prosesin aparılmasından xəbər verir: “İranın həm nüvə, həm dron, həm də onun ballistik raketlərinin istehsalı ilə bağlı yeni embarqo layihələri ortaya çıxa bilər. Artıq Avropa aktiv şəkildə bu prosesə qoşulacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri