Icma.az
close
up
RU
Qərb Gürcüstanda “azlığ”ı “çoxluğ”un üstünə qaldırıb

Qərb Gürcüstanda “azlığ”ı “çoxluğ”un üstünə qaldırıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müxalifətin eks-prezidenti dəstəkləməsi isə cinayətə aparır

Seçkilər kollegiyası tərəfindən prezident seçilən Mixeil Kavelaşvili dekabrın 29-da Parlament sarayında and içəcək. Kavelaşvili dekabrın 14-də Gürcüstanın prezidenti seçilib. Seçki Amerika modeli üzrə keçirilib və o, Seçicilər Kollegiyasında 300 səsdən 224-nü toplayıb. Müxalifət isə seçkilərdə iştirak etməyib.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, andiçmə mərasimində Seçicilər Kollegiyasının üzvləri, hökumət, konstitusiya qurumlarının nümayəndələri və prezidentin ailə üzvləri iştirak edəcəklər. Bildirilib ki, andiçmə günü təhlükəsizlik məsələlərinə xüsusi önəm veriləcək. Parlament sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq. Ziyarətçilərin saraya girişi məhdudlaşdırılacaq.

Kavelaşvilinin andiçmədən sonra öz vəzifəsini yerinə yetirmək üçün Tbilisinin mərkəzindəki Orbeliani sarayına gedəcəyi isə məlum deyil. Çünki eks-prezident Salome Zurabişvili prezident iqamətgahını tərk etməkdən imtina edir. O iddia edir ki, ölkə rəhbərliyi yeni parlament seçkiləri ilə dəyişənə qədər, hökumətin yeganə legitim nümayəndəsidir. Gürcüstan müxalifəti də onu dəstəklədiyini bildirir. Onlar bazar günü Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra Orbelianidəki prezident iqamətgahında qalacaqlar.

“Güclü Gürcüstan” koalisiyasının lideri Anna Dolidze prezident və müxalifət arasında məsləhətləşmələrin olduğunu bildirib. Onun sözlərinə görə, müxalifət Salome Zurabişviliyə dekabrın 29-dan sonra sarayda qalmağı təklif edib: “Gürcüstan prezidenti ilə baryeri keçən siyasi partiyalar danışıqlar aparır. Gürcüstanda seçkilərin təşkili və yeni seçkilərin hansı şəraitdə keçirilə biləcəyi ilə bağlı sənədə baxılır. Bizim əsas tələbimiz, təbii ki, yeni seçkilər və siyasi məhbusların azadlığa buraxılmasıdır. Bundan əlavə, mən Gürcüstan prezidentinə müstəqillik uğrunda mübarizəsində hərtərəfli dəstək təklif etdim. Biz dekabrın 29-dan sonra sarayda qalmağa və onu Gürcüstanın qanuni prezidentinin yerləşəcəyi yeganə yer elan etməyə hazırıq. Bu, legitim, ədalətli və qeyri-zorakı olacaq dəstək formasıdır”.

Bu təşəbbüsü “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya da dəstəkləyib: “Prezidentin dəstəyi çox geniş olacaq. Bu, Annanın təklifi idi və mən onu tam dəstəkləyirəm.”

Hakim “Gürcü Arzusu” partiyası müxalifət liderlərinin niyyətlərini “cinayətkarlıq” adlandırıb. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib: “Sivil dünyada heç kimin kreslodan belə yapışdığını xatırlamıram, xüsusən də cinayətkarcasına. Biz hədə-qorxu gəlmirik, sadəcə olaraq, deyirik ki, əgər eks-prezident Salome Zurabişvili dövlət qurumunda qalsa və cinayət törətsə, xüsusən də başqası ilə qrup halında olsa, o zaman cəzalandırılacaq”.

O qeyd edib ki, oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində 2 milyondan çox vətəndaş iştirak edib və 1 milyon 120 min seçici “Gürcü Arzusu”na səs verib və bununla da ölkəni idarə etməyi ona tapşırıb. Gəlin, bunu unutmayaq. Hər hansı absurd planlar quran hər kəs bu barədə düşünməlidir”.

Hakim “Gürcü Arzusu” partiyasından olan deputat Levan Maçavariani isə bildirib ki, Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili heç vaxt, heç bir xarici qüvvənin təsirinə düşə bilməyən bir şəxsdir: “Kavelaşvilinin andiçmə günü noyabrın 28-dən bəri parlament binası qarşısında keçirilən etiraz aksiyalarından daha çox adam olacaq. Gürcü xalqı Yeni ili Salome Zurabişvilisiz qarşılayacaq”.

Gürcüstandakı etiraz aksiyalarının arxasında amerikalı milyarder Corc Sorosun fondu dayanır. Bunu bir neçə gün əvvəl Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib. O qeyd edib ki, “İmedi” telekanalı Tbilisidəki etiraz aksiyalarının təşkilatçıları – “Daitov” (“Yanında qal”) və “Caçvi” (“Zəncir”) barədə reportaj hazırlayıb. “Reportajda amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir. Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi”, – o deyib.

Gürcüstanda Soros Açıq Cəmiyyət Fondundan başqa, Qərb ölkələrinin təsir agentləri şəbəkələrinin formalaşdırılması, maliyyələşdirilməsi ilə bağlı ABŞ Milli Demokratiya Fondu (NED), Milli Demokratiya İnstitutu (NDI), Beynəlxalq Respublikaçılar İnstitutu və digər bu kimi təsisatların əlaqələndiricisi funksiyalarını yerinə yetirən onlarla təşkilat var. Onların arasında “Beynəlxalq şəffaflıq – Gürcüstan”, “Gürcüstanın demokratik təşəbbüsü”, “Gürcüstan hüquqları”, eləcə də “Açıq Cəmiyyət İnstitutu” xüsusilə seçilir.

Onlar müxtəlif yollarla ayrılan vəsaitlərin, qeyri-qanuni formada, vergi nəzarətindən yayındırılaraq, Gürcüstanın və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin QHT-lərinə, media resurslarına və siyasi partiyalarına ötürülməsi, nüfuz müvəkkilləri şəbəkələrinin genişləndirilməsi “missiyası”nı həyata keçirirlər. Hazırda Gürcüstanda yalnız xaricdən ötürülən vəsaitlər hesabına “fəaliyyət” göstərən yüzlərlə qeyri-hökumət təşkilatı var. Bu QHT-lər, təkcə siyasi proseslərə müdaxilə etmir, bütövlükdə Gürcüstan cəmiyyətinin dayaqlarını sarsıdırlar.

Son dövrlərdə bir çox ölkələrdə kütləvi iğtişaşlar, xaos və sabitliyin pozulması ilə nəticələnən proseslərin kökünü araşdıranda yenə də hər daşın altından ABŞ-nin Milli Demokratiya Fondu (NED) adlanan təşkilatın çıxdığına şahid oluruq. Politoloq Ramiz Alıyev mətbuata açıqlamasında bu məsələlərə toxunub. O bildirib ki, çirkli pulların, qeyri-şəffaf qrantların axdığı Gürcüstanda qaranlıq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun: “Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumlu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermirlər. Bu da İ.Kobaxidze hökumətini narahat edir. “Xarici agentlər haqqında” qanunun qəbulu da özbaşınalığın qarşısını almağa xidmət edir”.

Qərb Gürcüstandakı fondlarının vasitəsilə təkcə gürcü iqtidarına deyil, Azərbaycan hökumətinə də təsir etməyə çalışır. Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər, media resursları məhz Tbilisidəki fondlar tərəfindən maliyyələşdirilir və təlimatlandırılır. Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də ciddi cəhdlə “Abzas Media”, “Toplum TV” kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır. Amma onların bu cəhdləri fayda verməyəcək”.

P.ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri