Icma.az
close
up
RU
Qərb institutları “Qrant” anlayışını hədəf ölkələr üzərində nəzarət vasitəsinə çeviriblər Ekspert AZƏRTAC

Qərb institutları “Qrant” anlayışını hədəf ölkələr üzərində nəzarət vasitəsinə çeviriblər Ekspert AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Hüquqi mənbələrdə qeyd edilir ki, “qrant” humanitar, sosial və ekoloji inkişaf proqramlarını dəstəkləmək məqsədilə əvəzsiz verilən maddi vəsait növüdür. Elmi tədqiqatlar, təhsil, səhiyyə, mədəniyyət, hüquqi yardım, informasiya işi, idman və bu kimi digər sahələrdə modern texnologiyaların tətbiq olunmasını təşviq etmək üçün nəzərdə tutulub. Bir sözlə, cəmiyyətin rifahına xidmət edən proqramların, sosial-mədəni, elmi yeniliklərin stimullaşdırılması məqsədini daşıyır. Qrant haqqında sənədlərdə qeyd edilir ki, o, siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, hər hansı siyasi təşkilatın və ya şəxsin seçki kampaniyasının maliyyələşdirilməsi, bir sözlə, siyasi proseslərin dəstəklənməsi üçün istifadə edilə bilməz. Problem ondadır ki, ABŞ və Avropa dövlətlərində təsis edilmiş “donor təşkilatlar” məhz bu prinsipi intensiv şəkildə pozurlar. Onlar ayrı-ayrı ölkələrdə siyasi proseslərə təsir göstərmək, hədəf dövlətləri öz maraqlarının icraçısına çevirmək üçün “qrantlar”dan istifadə edirlər. Qərb institutları bu prosesi zahirən diqqət çəkmədən, çaşdırıcı mexanizmlər vasitəsilə reallaşdırırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert qeyd edib ki, Qərb institutları hədəf ölkələrdə siyasi partiyaları birbaşa maliyyələşdirmirlər. Amma əvəzində, sifarişlə işləyən siyasi mərkəzlərin ətrafında QHT-lər, media subyektləri cəmləşdirirlər. Leqal olaraq “qrant vəsaiti”ni “vətəndaş cəmiyyəti institutları” adı altında QHT-lərə və media subyektlərinə ötürərək son nəticədə siyasi partiyaları və siyasi prosesləri maliyyələşdirirlər. ABŞ və Avropa İttifaqının (Aİ) nəzarətində olan USAID, NED, “Soros Fondu”, EED və digər bənzər donor təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdəki QHT-lərə və media subyektlərinə “humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları” adı ilə “qrant” vəsaiti ayrılır. Bu yolla qrant vəsaitinin hədəf ölkələrə çatdırılması leqallaşdırılır. Nəticədə isə vəsait “layihə almış QHT-lərin və media subyektləri”nin vasitəçiliyi ilə siyasi mərkəzlərə ötürülür, siyasi proseslərin stimullaşdırılmasına sərf olunur. Gürcüstanda və Ukraynada törədilmiş “məxməri inqilablar”, Ermənistanda gerçəkləşdirilmiş siyasi çevriliş, Türkiyədə ciddi iz buraxmış “Gəzi parkı” hadisələri və 10-larla digər səsli-küylü insidentlər məhz belə mexanizmlər vasitəsilə hazırlanaraq həyata keçirilib.

“Təcrübə göstərir ki, qanunsuz qrant vəsaitləri ayrı-ayrı dövlətlərdə Qərbdən verilmiş sifarişlə işləyən siyasi mərkəzlər üçün təkcə maliyyə mənbəyi deyil. QHT-lər və media subyektləri maliyyələşdirilməklə siyasi partiyalar üçün həm də sosial baza formalaşdırılır. Təlimatlandırılan, maliyyələşdirilən QHT-lər və media subyektlərinin təmsilçiləri bir sifarişlə küçələrə tökülüb xaos yarada bilirlər. 2024-cü ilin noyabr-dekabr aylarında Gürcüstanda baş verən aksiyalar bu ideyanı bir daha təsdiqləmiş oldu. ABŞ və Avropa İttifaqı Gürcüstanda seçki yolu ilə formalaşdırılmış, legitim hakimiyyəti öz maraqlarına cavab vermədiyi üçün qəbul etmədilər. Özlərinin təsir dairəsində olan, “qrantla işləyən” siyasi partiyaları, QHT-ləri və media subyektlərini Tbilisi küçələrinə çıxararaq legitim hakimiyyətin devrilməsinə təşəbbüs göstərdilər.

Məlumat üçün qeyd edək ki, 1990-cı illərdə - müstəqilliyin ilk illərində Azərbaycanda da belə mexanizmlərin tətbiqinə təşəbbüs göstərilib. Qərb institutları qanunları pozaraq müxalifət partiyalarını, siyasi çaxnaşmalar törədən mərkəzləri maliyyələşdiriblər. Hüquqi məsuliyyətdən yayınmaq üçün ötürdükləri vəsaitləri “qrant” adı ilə pərdələyiblər. Azərbaycan dövləti 2000-ci illərdən etibarən bu mexanizmi ifşa edib, onun aradan qaldırılması üçün tədbirlər görüb. Milli donor institutlarını yaratmaqla, QHT-ləri və media subyektlərini xaricin maliyyə asılılığından qurtarıb. 2014-cü ildə isə qanunvericiliyi yeniləyib, xaricdən qrant almaq proseduralarını sərtləşdirib. Digər zəruri tədbirlər də görülüb. Son iki il ərzində - 2023-cü ildən etibarən ölkədə qanunlardan yayınan, məxfi yollarla “qrant alan” təşkilatların aşkarlanması üçün geniş təhqiqat işi aparılır. Müəyyən edilib ki, Qərb institutlarından “qrant” adı ilə vəsait alan, təsirə düşüb beyinləri yuyulan bəzi “QHT”lər və “media subyektləri” vasitəsilə ölkədə etimadsızlıq mühitinin formalaşdırılmasına təşəbbüs göstərilib. Hətta bu cür “QHT-lər və media subyektləri” “erməni şəbəkəsi” ilə sinxron davranış sərgiləyiblər. Azərbaycanın hüquq mühafizə orqanlarının ayıq-sayıq davranması onların bütün planlarını alt-üst edib”, - deyə M. Ələsgərli vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri