Icma.az
close
up
RU
Qərb qoşunları Ukraynada yerləşdiriləcək... ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razlığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək... ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razlığa gəlib?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 15-də Berlində keçirilən danışıqlarda ABŞ və Avropa diplomatları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən iki sənədi razılaşdırıblar.

Bu barədə “The New York Times” (NYT) qəzeti sənədlərlə tanış olan məmurlara istinadən yazır. Nəşr daha əvvəl yayılan məlumatları təsdiqləyərək bildirir ki, bu zəmanətlər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan öhdəliklərə yaxın olsa da, onların əsas şərti Ukraynanın NATO-ya üzvlükdən imtina etməsidir.

Məlumata görə, birinci sənəd təhlükəsizlik zəmanətlərinin ümumi prinsiplərini müəyyən edir. Söhbət NATO müqaviləsində olduğu kimi, hücuma məruz qalan ölkəyə yardım göstərilməsini nəzərdə tutan öhdəliklərdən gedir. Gözlənilir ki, bu zəmanətlər hüquqi baxımdan məcburi xarakter daşıyacaq. Mənbələrin bildirdiyinə görə, ABŞ bu sənədi Senatda ratifikasiyaya çıxarmağa hazırdır, Avropa ölkələri isə onu öz daxili prosedurlarına uyğun şəkildə rəsmiləşdirəcəklər.

İkinci sənəd mənbələr tərəfindən “operativ” sənəd kimi xarakterizə olunur və əsasən hərbi strukturlar üçün nəzərdə tutulub. Bu sənəddə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə Rusiya tərəfindən mümkün yeni işğalın qarşısının alınması və Ukrayna ərazilərinin yenidən zəbt edilməməsi üçün necə əməkdaşlıq edəcəyi izah olunur.

Anonimlik şərti ilə jurnalistlərə danışan ABŞ rəsmilərindən biri sənədin “son dərəcə konkret” olduğunu bildirib:

Bu sənəd gələcək işğalların necə qarşısının alınacağı və Rusiya döyüş əməliyyatlarını bərpa edərsə, onun necə cəzalandırılacağı ilə bağlı çox konkret mexanizmləri əks etdirir. Mənbələr vurğulayır ki, söhbət siyasi bəyanatlardan deyil, praktiki fəaliyyət mexanizmlərindən gedir. Sənədlərə əsasən bu, Berlində danışıqlardan sonra bir sıra Avropa ölkələrinin liderlərinin qəbul etdiyi bəyannamədə də əksini tapıb. Atəşkəsin mümkün pozulmasına nəzarətdə əsas rolu ABŞ oynayacaq. Vaşinqton eyni zamanda kəşfiyyat imkanları vasitəsilə Rusiyanın yeni hücuma hazırlığını aşkar etməli və eskalasiyanın qarşısını almalıdır.

Sənədlərdə qeyd olunur ki, ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, lakin Avropa ölkələrinin hərbi kontingenti yerləşdirilə bilər. Bu qüvvələrin NATO çərçivəsindən kənar şəkildə və təmas xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur. Məqsəd əlavə çəkindirmə mexanizmi yaratmaqdır.

Moskva dəfələrlə Ukrayna ərazisində NATO ölkələrinin hər hansı hərbi mövcudluğunu qəbuledilməz adlandırıb. Bununla belə, amerikalı rəsmilər “The New York Times”a bildiriblər ki, əgər söhbət NATO missiyasından getməzsə, Moskva sonda Avropa kontingentinin yerləşdirilməsi ilə razılaşa bilər.

Bundan başqa, sənədlərdə Ukrayna ordusunun əlavə gücləndirilməsi və müttəfiqlər tərəfindən tədarük ediləcək silahların siyahısı da yer alır.

Eyni zamanda sənədlərdən ABŞ və digər NATO ölkələrinin Rusiyanın mümkün yeni aqressiyası halında hansı rolu oynayacağı, o cümlədən Moskva ilə birbaşa silahlı qarşıdurmaya girib-girməyəcəyi aydın olmur. Almaniya kansleri Fridrix Merts bir gün əvvəl bunun “müəyyən şəraitdə” mümkün ola biləcəyini istisna etməyib.

The New York Times” yazır ki, ABŞ də bu təhlükəsizlik zəmanətləri Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsi və həmçinin ərazi güzəştlərinə hazır olması ilə əlaqələndirilir. NATO məsələsində Kiyev hakimiyyətinin təhlükəsizlik zəmanətləri müqabilində alyansa üzvlükdən imtinanı mümkün saydığı bildirilir.

Lakin ərazi güzəştləri, xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılması məsələsini Ukrayna Prezidenti Volodimir Zelenski qəti şəkildə rədd edib. Bununla belə, o, yekun qərarın seçicilər tərəfindən verilə biləcəyini də istisna etməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri