Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Qərb sülhə mane olur, Tramp Paşinyanı Moskvanın qucağına itələyir

Qərb sülhə mane olur, Tramp Paşinyanı Moskvanın qucağına itələyir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan son iki həftə ərzində ikinci dəfə Rusiyaya səfər edir. Dekabrın 13-də o, Moskvada olub. Dekabrın 25-də isə Sankt-Peterburqda MDB sammitində iştirak edəcək və Avrasiya İqtisadi Şurasının iclasına şəxsən sədrlik edəcək. Moskvada olduğu kimi, Sankt-Peterburqda da ona Putinlə ayrıca görüş vəd etmirlər. Niyə İrəvan son vaxtlar Moskvaya qarşı kobud hücumlarını dayandırıb, Paşinyan isə Rusiyaya tez-tez qonaq gedir və Trampın qələbəsinin bununla nə əlaqəsi var?

Oxu.Az xəbər verir ki, bu suallara NEWS.ru cavab tapmağa çalışıb.

Məqalədə Paşinyanın 2023-cü ildə MDB və KTMT sammitlərinin əksəriyyətini buraxdığı xatırladılıb. Lakin indi Ermənistanın Rusiyadakı sammitləri boykot etməyi dayandırmasının səbəbi Donald Trampın ABŞ prezidenti seçilməsidir.

Bu fikri rusiyalı politoloq Dmitri Solonnikov səsləndirib.

"Avropa və ABŞ-də konfiqurasiya dəyişir. Trampın qələbəsi Vaşinqtonda təcridçilik meyillərinin artmasından xəbər verir. Bundan əlavə, Paşinyan Corc Sorosun himayəsindədir və bu, Trampın birbaşa, şəxsi düşmənidir. Avropa İttifaqına gəlincə, onun indi geosiyasi eksperimentlər üçün resursları daha azdır, hətta uzun müddət Cənubi Qafqazın işlərinə qarışan Fransanın belə", - politoloq NEWS.ru-ya izah edib.

Paşinyan Qərbin əhval-ruhiyyəsindəki dəyişiklikləri, eləcə də Qərblə münaqişəyə girmiş qonşu Gürcüstanda baş verənləri nəzərə almaya bilməz. Çünki Ermənistan məhz bu ölkə vasitəsilə Avropa İttifaqı ilə quru əlaqələrini qoruyub saxlayır. "Paşinyanın hələ də Ermənistanın Aİ və NATO-ya daxil olması arzuları var. Bu səbəbdən bir vaxtlar Paşinyan hakimiyyətə gətirildi. Lakin bu "istəklər" getdikcə daha az reallaşır. Ona görə də o, öz siyasətini korrektə edib Rusiya ilə əlaqələri yenidən gücləndirməyə məcburdur. Bununla belə, Paşinyan söz oyunu ustasıdır. Bu gün vəd verir, sabah ondan imtina edir", - deyə Solonnikov qeyd edib.

Ekspert vurğulayıb ki, keçən il Paşinyan Putinlə görüşə biləcəyi əksər sammitləri boykot etsə də, bu il yenidən onlara qatılmağa başlayıb.

O bəyan edib ki, Ermənistan artıq Qərbi maraqlandırmır, ona görə də heç kim bu ölkəni nə Avropa İttifaqına, nə də NATO-ya üzv olmağa dəvət etmir.

"İrəvan indiki konfiqurasiya daxilində fəaliyyət göstərəcək, Avropaya qaçmaq üçün fürsət pəncərəsinin yenidən açılmasını gözləyəcək. Paşinyan qərbyönlü siyasətçi olub və olaraq qalır. Onun hakimiyyəti altında Rusiyaya qarşı münasibətdə köklü dəyişiklik gözləmək lazım deyil", - politoloq xəbərdarlıq edib.

Noyabr ayında, Donald Trampın prezident seçkisində qələbəsindən dərhal sonra Rusiya Xarici Kəşfiyyat Xidməti amerikalı diplomatların Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərdən istifadə edərək Ermənistandakı işləri sürətləndirdiyini bildirib. Xidmətin mətbuat bürosunun verdiyi məlumata görə, "ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər kompleksi üzərində işi nəzərəçarpacaq dərəcədə sürətləndirib".

"Bayden administrasiyasının daha çox proqrama başlamaq, QHT-lərə mümkün qədər çox pul ayırmaq istəyi var ki, demokrat prezident Ağ Evi tərk etdikdən sonra dünyanın müxtəlif yerlərində aparılan ideoloji iş davam etsin".

Bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov məlumat verib.

"Biz görürük ki, bu proses Ukrayna üçün artıq başlayıb. Bunun Ermənistanın özündə də davam etməsi tamamilə mümkündür", - o bildirib.

"Paşinyan başa düşür ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarıla bilər, lakin bu, İrəvan üçün tamamilə əvəzolunmaz təşkilatdır", - Ermənistan Demokratik Partiyasının lideri, Respublika Prezidenti keçmiş məsləhətçisi Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya ilə 14 milyard dollara çatan ticarət dövriyyəsini itirmək istəmir. Paşinyan Moskva ilə ünsiyyətdən tamamilə imtina etməyib, o, belə bir çıxış yoluna eyham vursa da, heç vaxt KTMT-dən çıxmayıb.

"Paşinyanın Sankt-Peterburqdakı hazırkı görüşün sədri olmağa razılığı Rusiyaya dönüş kimi qəbul edilməməlidir, çünki onun jestləri ziddiyyətli olaraq qalır". Müxalifətçi hesab edir ki, məhz bu yay Ermənistan hakimiyyəti rus sərhədçilərini Zvartnots aeroportunu tərk etməyə məcbur edib. Deməli, siyasi münasibətlər iqtisadi münasibətlərlə eyni deyil. İrəvanla Moskvanın birliyi faktiki olaraq artıq mövcud deyil. Mövcud hökumət dövründə münasibətlərdəki buzların əriməsini gözləmək yersizdir.

Sarkisyan hesab edir ki, hazırda erməni lider eyni anda iki tərəfdən təzyiqə məruz qalır. Bir tərəfdən qonşu Azərbaycan onu sülh müqaviləsi üzrə danışıqları yubatmağa çalışmasına görə tənqid edir. Digər tərəfdən, ölkə daxilindəki radikal millətçilər, əksinə, Paşinyanı qonşusu ilə dialoqda "həddindən artıq yumşaqlıq"da qınayırlar. Bununla yanaşı, Sarkisyanın fikrincə, Ermənistan rəhbərliyi hələ də ən çox Qərbin fikrini rəhbər tutur.

Müxalifətçi hesab edir ki, "İndi Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını gecikdirir və yəqin ki, bunu yenə "Qərbin diktəsi ilə" edir. Beləliklə də, Qərb Cənubi Qafqazda sülh prosesinə əngəl törədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Dekabr 2024 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri