Icma.az
close
up
RU
Qərb və Rusiya: Ermənistan üzərindən qurulan yeni oyunlar

Qərb və Rusiya: Ermənistan üzərindən qurulan yeni oyunlar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyənin bu və ya digər şəkildə yeni bir münaqişəyə cəlb olunmasını istəyənlər də çoxdur. Çünki Türkiyənin Yaxın Şərqdə  güclənməsi və regional gücdən qlobal bir oyunçuya çevrilməsi ilə bağlı apardığı aktiv fəaliyyət təbii olaraq böyük gücləri narahat edir. Buna təkcə Yaxın Şərqdə, Suriyada mövqelərini itirən Rusiya və İran deyil, eyni zamanda Qərb dairələrini də aid etmək olar" 

Politoloq Rəşad Bayramov bunu  Moderator.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Ermənistan üzərindən Azərbaycanla yeni gərginlik ocağının yaranması və belə olan halda Türkiyənin də proseslərə etinasız qalmayacağını dərk eləyən ayrı- ayrı qüvvələrin mövcud olduğunu da  ehtimal edə bilərik:

“İndiki mərhələdə Ermənistanın atəşkəs rejiminin pozulması istiqamətində atdığı addımlar, sürətli şəkildə silahlanmasıdan asılı olmayaraq  böyük hərbi eskalasiyanın başlanması mümkünsüz görünür. Kimin nə vəd etməsindən, kimin Ermənistanın yanında olmasından asılı olmayaraq Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamaq imkanları yoxdur. Ermənistan müstəqil siyasət yeridə bilmədiyindən,  müstəqil dövlət ola bilmədiyindən və müstəqil addımlar ata bilmədiyindən bu və ya digər şəkildə verilən sifarişləri icra etməklə məşğuldurlar. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən, gərgin münasibətlərin qalmasını istəyən və özlərinin Cənubi Qafqaz maraqlarını təmin etməyi fürsət kimi görən güclər bu istiqamətdə Ermənistanı şirnikləşdirə bilər. Buna Ermənistanın havadarları olan Qərb ölkələrini, o cümlədən də Rusiyanı da qeyd etmək lazımdır”.

R.Bayramov diqqətə çatdırıb ki,  Qərb Azərbaycanla Ermənistan arasında yeni münaqişə fonunda Ermənistanı dəstəkləmək adı ilə Cənubi Qafqaza soxulmağı, Rusiya da bu gərgin münasibətlər fonundan istifadə edərək sülh sazişinin maksimum şəkildə imzalanmaması üçün faktiki istək ortaya qoyur:

“Çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Rusiyanın müvafiq olaraq ölkələrə təsir imkanlarının azalması deməkdir. Eyni zamanda, sülhün əldə olunması artıq bundan sonrakı mərhələdə Ermənistan ərazisində olan Rusiya hərbi kontingentinin çıxarılması istiqamətində fəaliyyətə başlanılması deməkdir ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Bu günləri müxtəlif tərəflərin Ermənistan üzərindən vəziyyəti gərginləşdirmək və yeni münaqişə ocağı yaratmaq istəkləri ola bilər. Amma bu baş versə belə,  bundan ilk növbədə əziyyət çəkən məhz Ermənistan olacaq. Müharibə Ermənistanın ümumiyyətlə dövlət olaraq mövcudluğunu şübhə altına qoyacaq”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri