Icma.az
close
up
RU
Qərbdən ədalət gözləmək axmaqlıqdır Bakı dünyaya nəyi sübut etdi? KONKRET

Qərbdən ədalət gözləmək axmaqlıqdır Bakı dünyaya nəyi sübut etdi? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hələ ötən il növbəti COP-un Bakıda keçiriləcəyi məlum olanda buna qısqanclıqla yanaşılmağa başlanıldı. Dünyanın bəzi ölkələri Azərbaycana dəstəklərini ifadə etsə də, əksər Qərb dövlətlərində bizə qarşı siyasi qısqanclıq özünü açıq-aşkar göstərməkdəydi.  COP29 yaxınlaşdıqca ölkəmizə düşmən münasibəti açıq müstəviyə keçdi və Qərbdə Azərbaycan əleyhinə kampaniyaya start verildi. Ölkəmizə qarşı kampaniyanın bir neçə istiqamətdə təşkil olunması taktiki gediş idi.

Sosial şəbəkələrdən tutmuş, dünyanın aparıcı informasiya vasitələrinin də qoşulduğu anti-Azərbaycan kampaniyasında ölkəmizlə bağlı yayılan neqativ fikirlər Azərbaycanı gözdən salmağa hesablanmışdı. Elə güman edirdilər ki, ABŞ və Fransanın dəstəyi ilə aparılan kampaniya öz bəhrəsini verəcək və COP29-u boykot planları baş tutacaq. Erməni diasporunun da aktiv qoşulduğu anti-Azərbaycan kampaniyasının kökündə ölkəmizi etnik təmizləmədə, Ermənistanın “işğalında” və yeni müharibəyə hazırlaşmaqda ittiham etmək dururdu. Eyni zamanda erməni apostol kilsəsinin və Ermənistan dövlətinin birbaşa dəstəyini alanlar da Azərbaycana qarşı hər cür qarayaxmadan istifadə edirdilər. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okamponun xidmətindən yararlanan erməni lobbisi bu fırıldaqçı prokurorun verdiyi vədə inanır və COP29-un boykotuna böyük ümid edirdilər. Anti-Azərbaycan qüvvələrinə bütün şərait yaradılmışdı.

Artıq COP ərəfəsi Avropanın siyasi platformalarında Azərbaycana qarşı hərəkətlilik müşahidə olunmağa başladı. Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlər və Azərbaycanın əleyhinə qəbul edilən qətnamələr göstərdi ki, Avropanın Azərbaycandan əl çəkmək fikri yoxdur və onlar Ermənistana dəstək üçün hər cür siyasi iyrəncliklərə gedəcəklər. Üstəlik, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr və sanksiyaların müzakirəyə çıxarılması da məsələnin ciddiliyindən xəbər verirdi. Bütün hallarda hədəf Azərbaycan idi və bizi ermənilərə düşmən münasibətə görə qınaq obyektinə çevirirdilər. Artıq Bayden adminstrasiyasının siyasətində ciddi qüsurlar davam etdikcə, Bakının Qərbə münasibətində də dəyişiklik özünü göstərməyə bilməzdi. ABŞ və Avropa İttifaqının birgə təmsil olunduğu bəzi siyasi platformalarda Azərbaycanın hədəf seçilməsi də xristian təəssübkeşliyinin bariz nümunəsidir. Azərbaycana enerji tərəfdaşı kimi yanaşan Qərb eyni zamanda  çaldıqları havaya “oynamağı” təklif edir:  Qarabağ ərazisində yaşayan ermənilərin geri qaytarılması təmin olunsun, Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsin, Azərbaycan silahlı qüvvələri Qarabağı tərk etsin və nəhayət Bakıda saxlanılan erməni cinayətkarlar azad edilsin.

Avropa Parlamentində müzakirələrdə də bu cür absurd fikirlər səsləndirilib. Bundan əlavə, Avropanın ayrı-ayrı ölkələrinin parlamentində eyni tezislər ortaya atılır. Fransa senatı hələ 44 günlük müharibə başa çatandan sonra Qarabağın müstəqilliyini müzakirə etməyə başladı və Azərbaycan “işğalda” ittiham olundu. Azərbaycan hansı ölkənin ərazisini işğal edib və kimin suveren ərazilərinə silahlı təcavüz edilib? Təbii ki, bu sual onlara dəfələrlə ünvanlasa da, cavab verən tapılmayıb.

İki il əvvəl Nikol Paşinyan Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyanda Fransa hələ  Qarabağın müstəqilliyindən danışırdı.

Azərbaycanın təşkil etdiyi COP29-u gözdən salmaq, tədbiri boykot etmə cəhdləri də bir nəticə vermədi. Avropalı siyasətçilər COP29-u siyasiləşdirmək, COP tribunasından öz maraqları üçün istifadə etmək istəsələr də, buna da nail ola bilmədilər. Düzdür, Almaniyanın Xarici İşlər naziri ona verilən tapşırığa uyğun olaraq COP tribunasından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdı. Bakıya xüsusi missiya ilə gələn Almaniya xarici siyasət idarəsinin rəhbəri Annalena Berbokun COP29-da səsləndirdiyi fikirlərin beynəlxalq iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yox idi və onun bəyanatı tədbirin ruhuna zidd idi. COP29-un uğurla keçdiyini anlayan Avropa sonuncu “gülləsini” atmaq üçün məhz Berbokdan istifadə edirdi. Azərbaycanda insan hüquqlarını qabardan Almaniya XİN-nin başçısı təxribatçı fikirlər səsləndirməklə bir daha Azərbaycana olan münasibətini ortaya qoydu. Qlobal iqlim dəyişikliyinə mühüm “töhfə” verən ölkələr problemi aradan qaldırmaq üçün müəyyən maliyyə vəsaiti ayırmalı idi.  Düzdür, müzakirələr bir qədər sərt keçdi və nəhayət beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı.

Bütün maneçiliklərə baxmayaraq,  COP29 həm təşkilatçılıq,  həm də əldə olunan nəticələrə görə tarixə düşdü. Beləliklə, Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri