Icma.az
close
up
RU
Qərbdən Qafqaza göndərilən katalizatorlar: Minsk Qrupundan sonra, Aİ missiyası

Qərbdən Qafqaza göndərilən katalizatorlar: Minsk Qrupundan sonra, Aİ missiyası

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Bir zamanlar Qarabağda ermənilərin təcavüz planları irəliləyərrkən ortaya bir “vacibiyyət” girdi.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edildi. Münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovvakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.Nəhayət 1992-ci ilin martında Minsk Qrupu yaradıldı və düz 2020-ci ilə qədər münaqişənin həlli ilə bağlı bir saantmetrlik addım atılmadı.

Boş-boşuna regiona səfərlər, qonaqlıqlar, erməni lobbisindən hədiyyə və maliyyə dəstəyi alaraq cəbhə xəttində olan haqsızlıqlara göz yumdular. Atəşkəş dövründə, təmas xəttində snayperlə vurulan insanlar, xüsusən uşaqlar, çaylarımıza axıdılan minalar, onların qurbanı olan azərbaycanlılar, təmas xəttində bombalanan , raket yağışına məruz qalan soydaşlarımızın ölümünü Minsk Qrupunun üzvləri öz gözləri ilə gördü. Amma bir dəfə beynəlxalq tədbirlərin tribunalarından birində bu haqda danışmadılar. De fakto Azərbaycan torpağı olan Qarabağda yerləşən separatizm və terrorizm “dövləti”ni tənqid etmədilər.
Ən biabırçı həmsədrlər isə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) oldu.
Azərbaycanın Qarabağda qəti qələbəsindən sonra həmin qrup başqa bir formatda Ermənistanda zühur etdi. Əvvəl sayları 100-dən artıq idisə, ötən il 209 nəfərə çatdırıldı. Guya missiyanın sayının artırılması Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. 2022-ci ildən Zəngəzurda qərargah yaradıb , adını Avropa ittifaqının mülki missiyası qoydular və bu uzunmüddətli mülki missiya məqsədlərindən biri kimi də Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında sabitliyin təşviq edilməsi göstərilib. İlk belə missiya genişmiqyaslı eskalasiyadan sonra ötən ilin oktyabr-dekabr aylarında Ermənistan-Azərbaycan sərhədi boyu yerləşdirilib. İrəvanda yaradılan əlaqə və dəstək ofisinə isə Almaniya federal polisinin zabiti rəhbərlik edir.
Əslində iddiaya ehtiyac yoxdur, bu aksiomadır ki, Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır, əsl həqiqəti görməzdən gəlir, ermənilərin səsi olaraq danışır.
Amma ermənilərin nüfuzlu “Hraparak” nəışri də dediklərimizi qismətn təsdiq edir. Nəşrin bu günkü sayında deyilir ki, Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir:” Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” otelində qalıblar.Cermuk sakinləri bildiriblər ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər. Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar.Heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir”.
Əvvəllər də Aİ , eləcə də, ATƏT-in Minsk qrupunun , ümumilikdə bütüm beynəlxalq təşkilatların onlara qarşı mehriban və doğma münasibətindən şübhəsi olmayan ermənilər heç də kədərli deyillər. Nəşr buna işarə ilə yazır:”Bununla belə, hamı yekdilliklə qeyd edir ki, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib, özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar”.
Azərbaycan sərhəddinə gəlib erməniləri qoruyan Aİ mülki missiyası ilə ATƏT-n Mİnsk Qrupunun üzvləri arasında bir fərq olduğunu düşünürsünüzmü? Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov demiş,  Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır. Zaman və olaylar da bunu təsdiq etdi.

 Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri