Icma.az
close
up
RU
Qərbdən Ukraynaya güclü silah axını: Kiyev Rusiya ərazisinə zərbələrə hazırlaşır? ŞƏRH

Qərbdən Ukraynaya güclü silah axını: Kiyev Rusiya ərazisinə zərbələrə hazırlaşır? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda ABŞ Kiyevə hərbi dəstəyini daha da gücləndirir. Son məlumatlara görə, Vaşinqton Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində "Patriot" hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər də daxil olmaqla müasir silahlar təqdim edir.
Bununla paralel olaraq, ABŞ-ın birbaşa verdiyi silahlarla yanaşı, Böyük Britaniya və digər Qərb ölkələrinin texnologiyaları əsasında Ukraynada istehsal olunan raket sistemlərinin də istifadəyə hazırlandığı bildirilir.

Mütəxəssislərin fikrincə, bu silahlanma prosesi Rusiyaya açıq mesajdır: əgər Moskva yaxın zamanda sülh və ya atəşkəslə bağlı ciddi addım atmasa, Ukrayna cavab zərbələrini Rusiya ərazisinə daşıya bilər.

Maraqlıdır görəsən, bu mümkündürmü? Ukrayna ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisinə hücum edə bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Rusiya–Ukrayna müharibəsi yeni mərhələyə keçib. Hazırda Rusiya–Ukrayna müharibəsində vəziyyət daha da gərginləşir və münaqişə yeni, daha təhlükəli mərhələyə qədəm qoyur. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ və Rusiya prezidentləri arasında birbaşa “telefon diplomatiyası” faktiki olaraq dayanıb. Ukrayna mövzusunda Vaşinqton və Moskva arasında əlaqələr demək olar ki, sıfır səviyyəsinə enib.
Düzdür, İstanbulda danışıqlar baş tutmuşdu, lakin bu danışıqların məqsədi müharibəni dayandırmaq yox, yalnız humanitar məqsədlərə xidmət etmək idi. Rusiya bu danışıqlar vasitəsilə guya “sülhə açıq olduğunu” nümayiş etdirməyə çalışsa da, əməli fəaliyyətdə bunun əksi müşahidə olunur.

Artıq ABŞ, NATO və Avropa İttifaqı ölkələri açıq şəkildə anlayır ki, Rusiya nə sülh, nə də atəşkəslə maraqlıdır. Moskvanın əsas məqsədi Ukraynanı tamamilə işğal etmək, bu ölkə üzərində nəzarətini gücləndirmək və onu öz təsir dairəsinə salmaqdır. Bu səbəbdən həm Ağ Ev, həm də Avropa ölkələri vəziyyətin ciddiliyini dərk edərək hərbi hazırlıqlarını artırır. ABŞ artıq 90 milyon dollar dəyərində yeni hərbi yardım paketini Ukraynaya ayırıb. Bu paketə Patriot raket sistemləri və digər uzaqmənzilli silahlar daxildir. Hətta Ukraynada istehsal edilən və Moskvanı vura biləcək yerli raket sistemləri sınaqdan keçirilməkdədir.
Maraqlıdır ki, Donald Tramp Rusiyaya 50 günlük “vaxt pəncərəsi” verildiyini bəyan edib. Onun fikrincə, bu müddət ərzində Rusiya konkret sülh və ya atəşkəs istiqamətində addım atmasa, Ukrayna daha sərt və dərin raket zərbələri endirə bilər – xüsusilə də Rusiyanın daxili bölgələrinə, o cümlədən Moskva və Sankt-Peterburq kimi şəhərlərə.
Trampın Zelenskiyə belə bir sual ünvanladığı iddia olunur: “Niyə hələ də Moskva və Sankt-Peterburqa zərbələr endirilməyib?” – baxmayaraq ki, bu məlumat Ağ Ev tərəfindən rəsmi olaraq təkzib edilib, siyasi analitiklər hesab edir ki, bu məlumat reallığa yaxın ola bilər. Bu cür mesajlar həm də Kremlə açıq xəbərdarlıq kimi qiymətləndirilir: əgər yaxın 50 gün ərzində kompromis addımlar atılmazsa, Ukraynanın cavabı daha sərt olacaq və qitənin sabitliyi üçün risklər daha da artacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyul 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri