Icma.az
close
up
RU
Qərbə alternativ Şərq Deputat yazır...

Qərbə alternativ Şərq Deputat yazır...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti saamiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm bir sammit sayılır. Samitə üzv 10 ölkədən başqa tərəfdaş 15 ölkənin dövlət və hökumət başçıları qatılmışdır. Son 30 ildə ilk dəfədir bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələri bir araya gəlirlər. Sammitin siyasi tərəfləri kifayət qədər genişdir. Amma biz onun iqtisadi tərəflərinə toxunmaq istərdik.

Əvvəlcə qeyd edim ki, sammit ABŞ-nın bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqlərinin baş verdiyi bir şəraitdə keçirilir. Yəni, bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kesb edir.

ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür. Belə ki, təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trln dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30%-i deməkdir. Təşkilat üzvlərinin əhalisi 3.3 mlrd nəfər təşkil edir ki, bu da planetin əhalisinin 41%-dir. Bundan başqa təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41%-nə, elmi patentlərin 30%-nə və nadir elementlərin ixracının 45%-nə sahibdirlər.

Sammitdə mühüm iqtisadi planlar elan edildir. Belə ki, ilk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənildi. Bu Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternAtiv struktur kimi formalaşacaq.

“Böyük Avrasiya” iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trln dollarlıq iqtisadi effekt yarada biləcəkdir.

Mühüm məsələlərdən biri ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik Moody’s, S&P и Fitch -dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətinin qiymətləndirəcəkdir.

Yəni, göründüyü kimi bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır.

Azərbaycan 2016-cı ildə ŞƏT-nin dialoq üzrə tərəfdaşı statusuna malikdir. Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşklat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirmişdir. Təkçə keçən il Azərbaycanın ŞƏT üzv ölkələrə ixracı 8.3mlrd dollar təşkil etmişdir ki, bu əvvəlki il ilə müqayisədə 27%-lik artım deməkdir. Çinlə ticarət həcmi record həcmi - 3.1 mlrd dollar keçimişdir.

Eyni zamanda Azbaycan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2mln tonu keçmişdir.

Regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geo-iqtisadi imkanlar yaradır. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çox vektorlu siyasətinə və milli maraqlarına da uyğundur. Nəzərə alsaq ki, ŞƏT-nın hazırkı 10 üzvündən 3-cü Türk Dövlətləri Təşkilatın üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır – o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri